COP29-un gələn il ölkəmizdə keçirilməsinin səbəbləri

17:25 18-12-2023 | icon 438 | Siyasət
COP29-un gələn il ölkəmizdə keçirilməsinin səbəbləri

Könül İsmayılova: “Dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq”

 

“Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərildi. Beləki nüfuzlu, qlobal xarakterli COP29 beynəlxalq konfransın Azərbaycanda, Bakıda keçirilməsinə dair qərar qəbul olundu”.

 

Versus.Az xəbər verir ki, bunu Nizami rayon icra hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova Prezident İlham Əliyevin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar müşavirədəki çıxışını şərh edərkən bildirib.

 

Könül İsmayılova Azərbaycanda davamlı olaraq nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsinə diqqət çəkərək, ölkəmizin buna layiq olduğunu vurğulayıb. Bildirib ki, həqiqətən də dövlətimizin apardığı siyasət nəticəsində Azərbaycan dünya miqyasında çox güclü mövqelərə sahib olub:

 

“Cənab İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır. Və şübhəsiz ki, artan beynəlxalq hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı. Bütün bunlara nail olmağımız Azərbaycanın rəhbərliyinin məhz cənab İlham Əliyevdə olması sayəsindədir. O, Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu elə dəqiqliklə davam etdirdi ki, nöqsansız olaraq bu gün Azərbaycan böyük uğurlara imza atır və imza atmağa davam edir”.

 

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsinin siyasi əhəmiyyətinə də diqqət çəkən xanım siyasətçi qeyd etdi ki, Azərbaycanın həyata keçirdiyi antiterror tədbirlərindən sonra belə bir qərar gözlənilən idi və bunun özü də bütün dünya ictimaiyyətinin Azərbaycana dəstəyi kimi dəyərləndirilir:

 

“Baxmayaraq ki, antiterror tədbirlərdən sonra bəzi Qərb ölkələri Azərbaycana əsassız ittihamlar irəli sürmüşdü, bunların heç bir təsiri olmadı. Çünki Azərbaycan öz suveren ərazisində separatçılığa qarşı, işğalçılara qarşı antiterror tədbirləri keçirib. Azərbaycanın Qələbəsi ilə barışmaq istəməyən ölkələr də artıq anlamalıdılar və razılaşmalıdılar ki, Azərbaycan bu mübarizədə haqlı tərəfdir”.

 

PƏRİ
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR