Məzahir Pənahov ATƏT-in nümayəndələri ilə görüşdü

14:44 19-12-2023 | icon 250 | Siyasət
Məzahir Pənahov ATƏT-in nümayəndələri ilə görüşdü

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov dekabrın 19-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Ehtiyacların Dəyərləndirilməsi Missiyasının nümayəndələri ilə görüşüb.

 

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən verilən məlumata görə, MSK-nın sədri missiya nümayəndələri Martina Barker-Çiqanikova və Qoran Petrovu salamlayaraq, görüşdən məmnunluğunu bildirib.

 

M.Pənahov MSK-nın nüfuzlu beynəlxalq təşkilatlar və onların müxtəlif qurumları ilə əlaqələrə xüsusi əhəmiyyət verdiyini, əməkdaşlığa daim açıq olduğunu vurğulayıb və qeyd edib ki, beynəlxalq təcrübənin öyrənilməsi Azərbaycanda seçki praktikasının daha da təkmilləşdirilərək hazırkı səviyyəyə yüksəlməsinə mühüm töhfələr verib.

 

Səmimi görüşə görə minnətdarlıqlarını ifadə edən ATƏT/DTİHB-nin Ehtiyacların Dəyərləndirilməsi Missiyasının nümayəndələri ölkəmizin seçki sistemi və seçki komissiyalarının fəaliyyət prinsipləri, seçici siyahılarının dəqiqləşdirilməsi ilə bağlı görülən işlər, habelə 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıqların gedişi ilə maraqlanıblar.

 

Qonaqların suallarını cavablandıran sədr M.Pənahov qarşıdan gələn seçkilərin yüksək səviyyədə hazırlanıb azad, ədalətli və şəffaf keçirilməsi üçün ardıcıl, sistemli və intensiv şəkildə atılan addımlardan danışıb, nəzərdə tutulan genişmiqyaslı layihələri nümayəndə heyətinin diqqətinə çatdırıb, eləcə də Azərbaycanın işğaldan azad olunmuş ərazilərində seçki məntəqələrinin yaradılması və səsvermənin təşkili barədə onları məlumatlandırıb.

 

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq