Çoxdan gözlənilən super qəhrəman filmi “CinemaPlus”-da

20:11 20-12-2023 | icon 1072 | Film
Çoxdan gözlənilən super qəhrəman filmi “CinemaPlus”-da

“CinemaPlus” kinoteatrlar şəbəkəsində dekabrın 21-dən etibarən Warner Bros. studiyasının “Akvamen və itmiş krallıq” Amerika fantastik döyüş super qəhraman filminin nümayişi başlayır.

 

Versus.Az xəbər verir ki, bu, DC Genişləndirilmiş Kainatının on beşinci (sonuncu filmi) və 2018-ci ildə çəkilmiş “Akvamen” filminin davamıdır.

 

 

Rejissor Ceyms Van söz verib ki, bu hissədə sualtı dünya mümkün qədər üzə çıxacaq.

 

Baş rolda təkrarolunmaz Ceyson Momoa, həmçinin Ben Afflek, Ember Herd, Patrik Vilson, Temuera Morrison, Yahya Abdul-Matin II və başqaları rol alıblar.

 

Film haqqında qısa məlumat: Atlantidanın üzərində geri dönüşü olmayan fəlakətlə nəticələnə biləcək yeni bir təhlükə yaranır. Bu təhlükənin öhdəsindən hətta Akvamen təkbaşına gələ bilməz. Səltənətini xilas etmək üçün bu dəfə gözlənilməz ittifaq yaratmalı olacaq.

 

Qeyd etmək istərdik ki, film 3 dildə: rus, ingilis və türk dillərində nümayiş ounacaq. Həmçinin, “Akvamen və itmiş krallıq” filminə Azərbaycanda ən son 4DX texnologiyası ilə Dəniz Mall-da yerləşən CinemaPlus-da baxmaq olar.

 

Biletləri kinoteatrlar şəbəkəsinin kassalarından, kinoteatrın saytından: www.cinemaplus.az
mobil tətbiqindən, IOS və Android əməliyyat sistemi olan smartfonlar üçün:

 

IOS linkAndroid link  əldə edə bilərsiniz.

 

Daha ətraflı məlumatı sosial şəbəkələrdən və ya 012 499 89 88 və 119 nömrələrinə zəng edərək əldə edə bilərsiniz.

 

 
 
 
Ayəndə Dadaşova
versus.az
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq