Yaşar Cəlilov “Xəstəyəm” dedi
Populyar müğənni Yaşar Cəlilov yeni mahnısını təqdim edib.
İfası haqqında versus.az-a açıqlama verən Yaşar bildirib ki, “Xəstəyəm” adlanan mahnı afrobit janrında yazılııb:
“Bu tərz mahnı ilk dəfədir oxuyuram. Özümü bu janrda da sınamaq istədim. Bəstəkar mahnını təqdim edəndə fərqliliyi xoşuma gəldi bəyəndim. İnanıram ki, məni sevənlər də mahnımı dinləyib bəyənəcək”.
Yaşar Cəlilov qeyd edib ki, yeni mahnısının sözləri Kamran Qafarlıya, musiqisi Fərid Kərimiyə məxsusdu. Mahnının aranjmanını Elvin Musayev edib. “Bizimstuduo”da lentə alınan mahnının tam versiyasını müğənninin rəsmi youtube səhifəsində və bütün musiqi platformalarında dinləmək mümkündür. Mahnının hüquqları “İlkwave” tərəfindən qorunur.
Xatırladaq ki, dekarın 21-i Yaşar Cəlilovun 34 yaşı tamam olur. 35 yaşına yeni mahnısı ilə qədəm qoyan müğənni bunun yaradıcılığına daha yaxşı təsir edəcəyi qənaətindədir.
Ayəndə Dadaşova
versus.az
Xəbər lenti
Azərbaycandan Fransaya CAVAB
"Fransanın bu fəaliyyətindən dərs çıxarması daha faydalı olardı"