“Şahmat ulduzları 3.0” turnirinin nəticələri

11:56 21-12-2023 | icon 574 | İdman
“Şahmat ulduzları 3.0” turnirinin nəticələri

Moskvada görkəmli qrossmeysterlərin və gənc idmançıların iştirakı ilə sürətli şahmat üzrə “Şahmat ulduzları 3.0” beynəlxalq turniri başa çatıb.

 

Turnirin təşkilatçıları “yeni şahmat” və Ağalarov Development şirkətləridir. Turnirin baş tərəfdaşı “Тинькофф” olub.

 

Ümumi mükafat fondu 15 000 000 rubl olan turnir Lujniki böyük idman arenasının ərazisində keçirilib.


Final blits-turnirində Vladislav Artemyev və Raunak Sadxvani hərəyə 12 xal, Aleksandr Qrişuk - 11,5, azərbaycanlı qrossmeyster Teymur Rəcəbov - 10, Sergey Karyakin - 9,5, Yevgeni Tomaşevski - 9, Ernesto İnarkiev - 8, E. – 7, Aleksandra Qoryaçkina – 3,5 xal toplayıblar.

 

Turnir tarixində ikinci dəfə olaraq, “Şahmat ulduzları 2023” turnirinin qalibi Vladislav Artemyev olub.
“Çox şadam ki, bu turniri qazana bildim, qələbə asan olmasa da, son partiyaya qədər kimin çempion olacağı bəlli deyildi. “Şahmat Ulduzları” nın üç turniri zamanı mən əsas rəqibləri tanlya bildim: başa düşürdüm ki, ciddi mübarizə olacaq, amma qələbə şansı var idi. Mən ilk turnirin qalibi olmuşam və yenidən qalib gəldiyim üçün xoşbəxtəm. Bu fürsətə görə təşkilatçılara və ən maraqlı oyunlara görə bütün qrossmeysterlərə təşəkkür edirəm!” – deyə turnirin qalibi, dünyanın ən güclü gənc qrossmeysterlərindən biri Vladislav Artemyev paylaşıb.


“Şahmat Ulduzları” layihəsi ənənəvi olaraq gənc şahmatçılar nəsli ilə işləməyə və gələcəyin şahmat ulduzlarına dəstək olmağa xüsusi diqqət yetirir.

 

Rusiya Şahmat Məktəbi ilə birlikdə ТРК VEGAS ticarət-əyləncə mərkəzləri şəbəkəsində 5-15 yaşlı uşaqlar üçün silsilə təsnifat turnirləri təşkil olunub - bu dəfə uşaqların seçmə mərhələlərində 600-dən çox gənc şahmatçı iştirak edib. Turnirin tarixində ilk dəfə olaraq, uşaqların seçmə oyunları təkcə məkanlarda deyil, həm də onlayn rejimdə keçirilib: təşkilatçılar Moskvada keçiriləcək turnirin final mərhələsi üçün qalibləri uçaq və yaşayış yeri ilə təmin ediblər.

 

“Şahmat Ulduzları 3.0” final turnirində qrossmeysterlərlə yanaşı sürətli şahmat və blits yarışlarında mübarizə aparan uşaqların təsnifat mərhələlərinin nəticələrinə əsasən 120 ən yaxşı idmançı iştirak edib. Finalda dörd yaş qrupu üzrə qaliblər müəyyənləşib. Mükafatlandırma mərasimi yarışların nəticələrinə əsasən keçirilib, iki növ - sürətli şahmat və blits üzrə ümumi yerlər hesablanıb.

 

Turnirin nəticələri rəsmi internet saytında ətraflı təqdim olunur: https://chessstars.ru/
Qrossmeysterlərin mükafatlandırma mərasimi və turnirin bağlanış axşam yeməyi “Çin-Çin” restoranında (Emin Ağalarovun layihəsi olan Restoran) keçirilib.

 

“Hər yeni turnirlə biz səviyyəni qaldırırıq və daha böyük nailiiyətlər üçün çalışırıq. Bu dəfə “Şahmat Ulduzları”nda rekord sayda gənc idmançı iştirak edib - bunlar ölkənin müxtəlif şəhərlərindən şahmatda uğur qazanmaq istəyən uşaqlardır. Nəticədə 120 gələcək şahmat ulduzu finala yüksəldi! Həm gənc şahmatçılara, həm də gözəl qrossmeysterlərə turnirimizə səmimi maraq göstərdiklərinə görə təşəkkürümüzü bildiririk”, - deyə təşkilatçı “Agalarov Development” şirkətinin marketinq və media direktoru Yelena Petrova bildirib.

 

“İlk növbədə bütün gənc idmançılarımızı təbrik etmək istəyirəm. Onlar bacarıqlarının ən yüksək səviyyəsini nümayiş etdirdilər və bu, onlar üçün həqiqətən də şahmat və idmanın böyük bayramıdır. Adıcıl üç il ərzində bu turniri ən yüksək səviyyədə keçirmək üçün bizimlə çalışan bütün tərəfdaşlarımıza təşəkkür edirik. Qeyd etmək istəyirəm ki, biz növbəti yarışlara hazırlaşmağa başlayırıq və artıq gələn il bir neçə “Şahmat Ulduzları” turnirini planlaşdırmışıq”, - deyə təşkilatçı “Yeni şahmat” şirkətinin baş direktoru Seymur Hüseynov bildirib.

 

Ayəndə Dadaşova
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR