Daha dörd nəfərin namizədliyinin irəli sürülməsi TƏSDİQLƏNDİ
Azərbaycan Respublikası prezidentliyinə namizdəliyi özü tərəfindən irəli sürülmüş Zahir Məhərrəm oğlu Orucun namizdəliyinin irəli sürülməsi təsdiq olunub.
Versus.az xəbər verir ki, bu barədə qərar Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qəbul edilib.
Digər bir qərarla, Böyük Qurtuluş Partiyasının sədri Fazil Mustafanın da Azərbaycan Respublikası Prezidentliyinə namizdəliyinin irəli sürülməsi təsdiq olunub.
MSK namizdəliyi özü tərəfindən irəli sürülmüş Fuad Ağası oğlu Əliyevin və namizədliyi Böyük Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Elşad Nəbi oğlu Musayevin də namizədliyini irəli sürməsini təsdiqləyib.
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"