“Bu partiyaların seçkiləri “boykot sevdası” bitmir”

10:00 22-12-2023 | icon 446 | Siyasət
“Bu partiyaların seçkiləri “boykot sevdası” bitmir”

Fuad Əliyev: “Seçkilər vətəndaşın sosial problemlərinin həllinə yönəlik ciddi islahatlara start verəcək”

 

2024-cü il fevralın 24-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Seçkilərin 1 il əvvələ keçirilməsi müxtəlif aspektlərdə müzakirə olunur. Bir sıra “boykot aşiqlərini” çıxmaq şərti ilə ictimai-siyasi camiyədə, sadə vətəndaşlar arasında seçkiyə münasibət eynidir. Qeyd edək ki, növbədənkənar prezident seçkilərində bir çox partiya sədrləri, deputatlar, bitərəf vətəndaş cəmiyyəti üzvləri namizəd olaraq iştirak edəcəklər.

 

Prezidentliyə müstəil namizədliyini irəli sürülmüş Fuad Əliyev bu istiqamətdə versus.az-a verdiyi müsahibədə maraqlı nüanslara diqqət çəkib.

 

- Fuad bəy, növbədənkənar prezident seçkisi ölkədə və regionda hansı situasiyanın göstərgisidir?

 

- 2024-cü il fevralın 7-də keçiriləcək prezident seçkisi sərhədləri bütöv, erməni işğalından azad olunmuş bütün Azırbaycan ərazilərini əhatə edəcəyinə görə əlamətdardır və mən deyərdim ki, tarixi hadisədir. Çünki müstəqil Azərbaycanda ilk dəfə olaraq bütün rayonlarımızda seçki məntəqələri qurulacaq. Təbii ki, seçki prosesi ölkədə sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunduğu bir şəraitdə keçirilən konstitusiya ilə təsbit olunan demokratik hüquqdur. Azərbaycan cəmiyyəti, vətəndaşı 30 il bu prosesin baş tutmasını gözləyib. Nəhayət 1 il önə çəkilməsinə baxmayaraq işğaldan azad olunan ərazilərimizdə də seçki məntəqələrinin yaradılması, tam olmasa da o yerlərdə qurulan yeni kəndlərə, qəsəbələrə köçən keçmiş məcburi köçkünlərimizin səsvermədə iştirakını təmin edəcək. Bunun də hər bir seçicidə bir qürur, bayram ovqatı yaradacağına əminəm.

Növbədənkənar Prezident seçkisi eyni zamanda region dövlətlərinə, eləcə də dünyaya artıq Azərbaycanın müharibə deyil, qurub-yaratmaq, demokratik islahatlarla irəliləmək iddiasını, mesajını vermis olur. Bu seçkilər ölkə ərazisində qalıb yaşamaq istəyən ermənilərə də vətəndaş kimi seçmək imkanı yaradır. Şübhəsz ki, ölkə başçısı istər müharibə, istərsə də post-müharibə dövründə Ermənistanın və Azərbaycan ərazilərində yaşayan erməni vətəndaşlara digər xalqlar kimi Azərbaycan Konstitusiyasının verdiyi bütün hüquqlardan istifadə etmək üçün yüksək imkan, şərait yaradacağını bəyan edib. Təbii ki, bu seçkidə kimlərin necə iştirak edəcəyi öz istəyinə bağlıdır. Və təbii ki, biz onları sülhə, seçkiyə dəvət edəcəyik və bütün dünya da bunu izləyəcək.

 

- Necə hesab edirsiz, bu seçkidə vətəndaşlarımız nə dərəcədə aktiv olacaq və kimə səs verəcək?

 

- Azərbaycan seçicisi torpaqları işğaldan azad olunan, kəndləri, şəhərləri yenidən bərpa olunan, 30 illik torpaq həsrətinə son qoyulan, düşmən üzərində zəfər qazanmış, güclü bir dövlətin vətəndaşı olaraq prosesə fərqli ovqatda, qürurla qatılacaq. Növbədənkənar seçkilər vətəndaşların artıq müharibədən əvvəl və sonra yaranan sosial-iqtisadi, maddi-mənəvi problemlərinin, qayğılarının azaldılmasına, həllinə yönəlik ciddi islahatlara start verəcək. Başqa cür ola bilməz. Artıq Qarabağ problemi yoxdur. Artıq vətəndaş uzun illərdir “torpaq işğal altındadır” - deyib, qabartmağa utandığı, çəkindiyi bir çox məsələlərin üzərinə daha çox gedəcək. Təbii ki, dövlətin borcu öz vətəndaşını, öz insanını qorumaq, onun sosial-iqtisadi yaşamını, hüquqi azadlığını təmin etməkdir və edir. Amma bir çox hallarda bürokratik əngəllər yaradan müəyyən qurumlar olur ki, vətəndaşı dövlətdən narazı salır. Mütləq bu cür hallar aradan qaldırılmalıdır.

Bir çox hallarda insanlarla apardığımız söhbətlərdən bəlli olur ki, onlar daha çox məmur özbaşınalığından, müəyyən səlahiyyətli vəzifəli şəxslərin öz işinə biganə və məsuliyyətsiz yanaşması üzündən əziyyət çəkir. Düşünürəm ki, hər bir vətəndaş kadrların vəzifələrə düzgün yerləşməsini və öz işini vicdanla icra edən şəxslərin vəzifələrdə olmasını arzu edir. Hər kəs üzərinə düşən vəzifənin öhtəsindən layiqincə gəlməyə çalışarsa, heç bir vətəndaş problem yaşamaz. Digər bir tərəfdən, təbii ki, əhalinin sosial problemləri iş yerləri, bazara görə maaşların verilməsi, sosial təminatı, eləcə də işləyə bilmirsə, iş qabiliyyətini itiribsə, dövlətin hərtərəfli qayğısı, maddi təminatı ilə bağlı ciddi gözləntiləri var. Müharibə əlavə problemlər yaradıb. Torpaqların viran qoyulması, dağıdılması bir tərəfdən əhalinin də yaşamına, həyatına təsir edir. Müharibədə sağlamlığını itirən qazilərimiz, şəhid ailələri var. Şəhid ailələrinə dövlət tərəfindən dəstək verilir. Və bu məsələ Prezident tərəfindən xüsusilə diqqətdə saxlanılır. Amma bir çox hallarda yerlərdə sağlamlığını itirən qazilərin hələ də əlilliyini ala bilməməyi, evlə təminatı, sağlamlığının bərpası ilə bağlı problemlər qalır. Ən pisi odur ki, bir çox hallarda məmurlar tərəfindən məsələyə laqeyd yanaşılır. Bu məqam diqqətdə saxlanılmalıdır.

 

- Siyasi partiyaların bu seçkiyə yanaşması necədir və bir çox partiyaların seçkini boykot etməsinə münasibətiniz nədir?

 

- Əvvəla qeyd edim ki, bir-iki partiyanı çıxmaqla bütün siyasi partiyalar növbədənkənar seçkilərə adekvat yanaşır. Bir çox partiya sədrləri namizəd olaraq seçkilərə qatılırlar. Zəfər paradını Xankəndidə keçirən, bütün ərazilərində seçki məntəqələrinin yaradılmasına imkan verən hazırki situasiyada bəzi siyasi qrupların seçkini boykot etməsi gülüncdür. Bu partiyaların “boykot sevdası” bitmir. Həmin AXCP, Müsavat, Milli Şuranın bəzi üzvləri müharibədən əvvəl və sonra siyasi partiyaların bir araya gələrək atdığı addımlara qarşı həmişə etirazla çıxış ediblər. Bu partiyalar hətta Azərbaycanın antiterror əməliyyatlarına qarşı da ikibaşlı çıxışlar edirdilər. Bunlar bütün seçkiləri boykot edir, bütün islahatlara etiraz edirlər. Nə istədikləri heç özlərinə də bəlli deyil. Sual olunur: prezident seçkilərini boykot etməklə nəyə nail olmağa çalışırsız, yaxud kimin sifarişi ilə bu addımı atırsız. Əlbəttə ki, bu partiyalar seçkilərə qatıla bilmədikləri üçün bu taktikanı seçir. Onların heç gücü, bazası yoxdur. Seçkiləri boykot edənlər dəli deyil, heç şübhəsiz ki, boykota görə kimlərdənsə “qrant” güdürlər. Heç bir mənası yoxdur, eyni zamanda torpaqların işğaldan azad olunmasından sonra regionda və ölkəmizdə yaranan yeni reallıqların fonunda bir çox radikal mövqedə dayanan partiyaların seçkiləri boykot etdiklərini elan etməsi absurd görünür.

Lakin məlumdur ki, istər müharibə zamanı, istərsə də sonrakı proseslərdə bir çox böyük dövlətlərin Azərbaycana qarşı təzyiqləri var idi və bu gün də hər vəchlə işğalçı Ermənistanı sülhdən yayındırmaq üçün gərginliyi artırmağa çalışırlar. Eləcə də ABŞ, Fransa kimi dövlətlərin mediası, guya demokratik təsisatları Azərbaycanda insan hüquqlarının pozulması, yaxd etnik təmizləmə iddiası ilə üzərimizə gəlir, yalan məqalələr yayırlar. Seçkiləri boykot daxildə heç bir təsirə, heç bir gücə söykənməsə də, xaricdə olan erməni havadarlarının əlinə su tökməyə yarayacaq. Azərbaycan dövlət başçısı, xalqı bu riyakar qüvvələrin cavabını verir və verəcəkdir. İçimizdə belə neqativ nüansların ortaya çıxması təbii ki, ürəkbulandırıcıdır. Vətəndaş Birliyinin təmsilçisi olaraq insanlarla qurduğumuz ünsiyyətdən görürük ki, artıq insanlarımız bu cür radikal qruplara qeyri-ciddi yanaşırlar. Onların cəmiyyətdə heç bir çəkisi qalmayıb. Nə qədər “boykot” desələr də, vətəndaşlarımız seçkiyə daha böyük həvəs və ümidlə qatılacaqlar.

 

T.Qafarlı
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...