Növbədənkənar seçkiləri şərtləndirən amillər
Fazil Mustafa: “Seçkilərin nəticəsi hansısa tarixi sənədlərdə öz əhəmiyyətini daha çox büruzə verəcək”
Prezident İlham Əliyevin sərəncamı ilə 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident çeçkiləri keçiriləcək. Növbədənkənar prezident seçkilərinin keçirilməsini zəruri edən amillər, regionun mövcud geosiyasi reallığı ilə nə ilə uzlaşması müzakirə obyektindədir.
Prezident seçkiləri niyə növbədən kənar keçirilir və hansı üstünlükləri qazandıra bilər, seçiciləri necə fəal iştiraka cəlb edə bilər?
Versus.Az xəbər verir ki, bu istiqamətdə müsahibə verən Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa bir sıra nüanslara diqqət çəkib.
- 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri nə dərəcədə gözlənilən idi və ilk dəfə bütün Azərbaycanı əhatə edəcək seçkiləri şərtləndirən amillər nə ilə bağlıdır?
- Növbədənkənar president seçkilərinin keçirilməsi zərurəti bilavasitə bütün Azərbaycan ərazilərinin işğaldan azad olunması ilə bağlıdır. Azad olunmuş ərazilərin əhalisinin seçkilərdə fərqli bir duyğu və platforma ilə iştirak eliyəcəyi gözləniləndir. Ona görə də növbədənkənar seçkilər gözlənilən sayıla bilər. Qarabağın işğaldan azad olunması da bir çoxları üçün gözlənilməz idi. Ölkəmizin gələcəyi, taleyi ilə bağlı situasiya, beynəlxalq şərtlər də xeyli dəyişib. Seçkilərin də buna müvafiq olaraq fərqli bir platformada keçirilməsi anlaşılandır. Bunu hər hansı bir başqa məsələlərlə əlaqələndirmək doğru sayılmaz. Bu seçki Azərbaycanın bütün ərazisində keçiriləcək. Təbii ki, məcburi köçkünlər hələ tam olaraq öz yerlərinə qayıtmayıblar. O yerlərə az sayda məcburi köçkün ailəsi qayıtsa da, amma orada çalışan çoxlu sayda insanlar var ki, seçki hüquqlarını elə o yerlərdə quruln məntəqələrdə gerçəkləşdirə biləcəklər. Əsas odur ki, bölgə olaraq elə bir yer yoxdur ki, orda Azərbaycanın suverenliyinin atributu olan seçkilərin keçirilməsinə bir əngəl qalsın. Bu da bizim üçün sevindirici bir prosesdir, faktdır.
- Seçkilərdən sonra hansı islahatların keçirilməsi gözlənilir, yaxud lazımdır?
- Hər seçkidən sonra həmişə ciddi islahatlar keçirilib. Birinci növbədə hökumətin müəyyən dərəcədə yeniləşməsi baş verir və bu yeniləşmə həmişə islahat prosesi ilə də təqib olunur. Ümid edirəm ki, bu seçkilərdən sonra da ciddi dəyişikliklərin şahidi olacağıq.
- Prezident seçkilərindən sonra novbədənkənar parlament seçkiləri və ya referendum keçirilməsi ehtimalı varmı?
- Prezident seçkiləri növbədənkənar keçirilir, amma parlament və bələdiyyə seçkilərinə bunun aidiyyatı yoxdur. Çünki parlanet seçkiləri yeni ilin noyabr ayında, bələdiyyə seçkiləri isə dekabr ayında olmalıdır. Bu seçkilərdə üst-üstə düşən məqamlar olarsa, ola bilsin ki, hansısa dəyişikliklər edilsin. Amma prinsip olaraq hələ belə bir dəyişiklik gözlənilmir.
- Bu seçki indiki ictimai-siyasi, geosiyasi müstəvidə hansı mühüm əhəmiyyəti ilə diqqət çəkir?
- Bu seçki təbii ki, ölkədə olan durumdan daha çox xarici siyasətimizdə çox önəmli imkanlar açacaq. Bu, Ermənistanla sülh müqaviləsinin imzalanması ərəfəsində baş tutan seçkilər olduğu üçün yenidən komlektləşmiş, xalqdan etimad almış prezidentin, hakimiyyətin bu prosesdə Azərbaycanın maraqlarını daha ardıcıl şəkildə təmsil etməsinə gətirib çıxaran bir siyasətin işartılarından xəbər verir. Çünki bu etimad yeniləşməsi olduqca vacibdir. Qələbədən sonra buna daha çox ehtiyac var. Çünki daha böyük sənədlərin imzalanması gözlənilir. Xüsusilə də sülh müqaviləsinin olması regionumuzda çox köklü dəyişiukliklər yaradacaq. Bu baxımdan da seçkilərin nəticəsi hansısa tarixi sənədlərdə öz əhəmiyyətini daha çox biruzə verəcək.
- Növbəfənkənar prezident seçkisi beynəlxalq arenada hansı prosesləri qabaqlaya bilər?
- Bu seçkinin beynəlxalq arenada hansısa prosesi qabaqlama niyyəti yoxdur. Çünki bir-birinin ardınca o qədər hadisələr baş verir ki, hansısa hadisəyə görə ölkədə seçkini indeksləmək mümükün deyil. Biz məsələyə daha çox öz platformamızdan yanaşmalıyıq. Daxildə nələrin dəyişəcəyini, müsbət mənada hansı irəliləyişlərin olacağını müzairə etməyimiz daha məqsədəuyğundur. Çünki beybəlxalq konnekturda o qədər hadisələr var ki, hamısı bir-birindən əhəmiyyətlidir və biz seçkilərin nəticələrini bu hadisələrə bağlamaqla əslində ciddi bir nəticə əldə edə bilmərik, biz daha çox daxilə baxmalıyıq.
- Prezident seçkisi ictimaiyyət tərəfindən necə qarşılana bilər. Bu seçki ötən illər keçirilən seçkilərdən hansı üstünlüyü ilə müşahidə oluna bilər?
- Prezident seçkisi istimaiyyət tərəfindən normal qarşılanır. Hər kəs anlayır ki, bütün bölgələrin iştirak eləyəcəyi seçki hər kəsin ürəyincə olmalıdır. Başqa cür də ola bilməz. Bu seçkinin əlahiddəliyi Azərbaycanın suverenliyinin bərpa olunması vaxtına dəng gəlməsi ilə bağlıdır. Ona görə də bu seçkinin başqa seçkilərdən fərqlənir. Çünki əvvəlki seçkilərdə ölkənin müəyyən qismində seçki keçirməyə gücünüz yox idi. Amma bu gün seçkiləri bütün ərazilərimizdə keçiririksə, deməli fərqli seçkidir.
- Hansı məsələlər referenduma çıxarılmalıdır?
- Bir çox məsələlər - bölgələrin idarəetməsi, digər tərəfdən Naxçıvan Muxtar Respublikası ilə bağlı və indiki vəziyyətdə Qarabağda xüsusi nümayəndələrin satatusu, bir çox bələdiyyələrin imkanlarının genişlənməsi və sair məsələlər referenduma çıxarıla bilər. Referendum keçirilərsə buna baxacağıq.
- Siyasi partiyaların qeydiyyatından sonraki vəziyyət və yeni reallıqda ona yanaşma necə olmalıdır?
- Siyasi partiyaların qeydiyyatı məsələsində də müəyyən ajotaj yaratmağa çalışırdılar, amma proses onu göstərdi ki, həm parlament, həm Prezident Amnistrasiyasının bu məsələdə əməkdaşlığı fonunda çox ciddi partiyalararası münasibətlərdə çox böyük irəliləyişlər əldə olundu. “Siyasi partiyalar haqqında” qanunun qəbul olunması bu prosesi daha da sürətləndirdi və əminəm ki, partiyaların cəmiyyət həyatında rolu daha da artacaqdır. Biz seçki ilində bunu daha çox müşahidə edəcəyik. Partiyalar daha çox idarəetmə prosesinə cəlb olunmalı, kadr bazasını genişləndirməli və gələcəkdə ölkə həyatında daha aktiv rol almağa çalışmalıdırlar. Bu əsas hədəflərdən biri olmalıdır.
T.Qafarlı
versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"