"Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daha da artır"

15:00 22-12-2023 | icon 488 | Siyasət
"Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daha da artır"

Kamilə Əliyeva: "Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha böyük uğurlara imza atacaq”

 

“Prezident seçildiyi ilk illərdən etibarən cənab İlham Əliyev iqtisadiyyatda, səhiyyə, təhsil sistemində, ordu quruculuğunda böyük irəliləyişlərə nail oldu”.

 

Versus.Az xəbər verir ki, bunu deputat Kamilə Əliyeva Prezident İlham Əliyevin 20 illik fəaliyyəti dövründə ölkənin sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərə diqqət çəkərkən bildirib.

 

K.Əliyeva bildirib ki, prezident İlham Əliyevin daxili və xarici siyasətinin prioritetini Azərbaycanın güclü dövlətə çevrilməsi və Azərbaycan xalqının rifahının yaxşılaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi təşkil edir:

 

“Prezidentin 20 illik fəaliyyəti dövründə müasir, dünya standartlarına uyğun yüzlərlə xəstəxana, minlərlə məktəblər inşa edildi. Gələcək nəsillərimizin sağlam böyüməsi, dünya idman arenalarında idmançılarımızın Azərbaycan bayrağını yüksəklərə qaldırması məqsədilə ölkəmizin demək olar ki, bütün regionlarında olimpiya idman kompleksləri inşa etdirildi. Neft-qaz sənayesinin inkişafında cənab İlham Əliyev böyük layihələrə imza atdı. Trans-Anadolu, Trans-Adriatik qaz kəmərlərinin çəkilməsinə başlanıldı. Bununla da ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynamağa başladı. Xəzər dənizinin Azərbaycana aid olan sektorunda "Azəri", "Çıraq", "Günəşli" yataqlarının birgə işlənilməsi və pay bölgüsü haqqında yeni saziş imzalandı. Bununla da Azərbaycan həm də dünya enerji sənayesində də həlledici rol oynadı.

Bakı-Tbilisu-Qars dəmir yol xəttinin çəkilişi də məhz cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşdı. Bu dəmir yol xətti Asiya və Avropanı birləşdirən bir nəqliyyat dəhlizi oldu. Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Asiyadan Avropaya və geriyə milyon tonlarla yük daşınır.

Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilişi ilə Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasına nail olundu. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi neft-qaz strategiyası, eləcə də yeritdiyi məqsədyönlü, müdrik xarici siyasəti nəticəsində Avropa İttifaqı və bir çox Avropa dövlətləri ilə Azərbaycan arasında münasibətlər yeni mərhələyə qədəm qoymuşdur. Bu gün Avropa İttifaqı ilə Azərbaycan arasında istər siyasi, istərsə də iqtisadi sahələrdə sıx əməkdaşlıq əlaqələri mövcuddur. Bu gün Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycanın təbii qazı Avropaya ixrac olunur.”

 

Deputat qeyd edib ki, məhz Prezident cənab İlham Əliyevin ölkə daxilində həyata keçirdiyi iqtisadi islahatlar, eləcə də güclü xarici siyasəti nəticəsində Azərbaycan bu gün tək regionda deyil, beynəlxalq aləmdə nüfuzlu dövlətə çevrilib. Onun szölərinə görə, Prezident cənab İlham Əliyevin ölkə iqtisadiyatında qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirdiyi böyük layihələr Azərbaycan iqtisadiyyatının daha da gücləndirilməsinə təkan verib:

 

“Cənab İlham Əliyev dövlət büdcəsini neft asılılığından azad etdi. Qeyri-neft sektorundan gələn gəlirlərin həcmi hər il artmaqdadır. Azərbaycan dünyada çox az dövlətlərdəndir ki, gəlirləri xarici borcları dəfələrlə üstələyir. Prezident cənab İlham Əliyevin müəllifi olduğu iqtisadi islahatların uğurla həyata keçirilməsinin nəticəsidir ki, Azərbaycan artıq kredit alan yox, digər dövlətlərə kredit verən bir dövlətə çevrilmişdir.

Prezident cənab İlham Əliyev ölkəmizdə yaratdığı müasir nəqliyyat, logistika, infrastrukturu sayəsində Azərbaycan Şimal-Cənub, Şərq-Qərb nəqliyyat qovşağının mərkəzinə çevrilmişdir. Şərqlə Qərbi birləşdirən bu orta nəqliyyat dəhlizinə bir çox Avropa və Asiya dövlətləri böyük maraq göstərir. Artıq bu marşrut xətlərilə yükdaşımaların həcmi hər il artmaqdadır. Bu da tranzit ölkə olaraq Azərbaycan iqtisadiyatına böyük gəlir gətirməklə yanaşı Azərbaycan dövlətinin beynəlxalq aləmdə nüfuzunu artırır.

İlham Əliyevin yeritdiyi müstəqil, balanslaşdırılmış siyasəti nəticəsində Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Prezident cənab İlham Əliyev bütün dünya Azərbaycanlarının qürur duyduğu Azərbaycan adlı güclü bir dövlət yaratdı. İlham Əliyevin güclü lider olması da sübut olunub. Prezident seçildiyi 20 il ərzində cənab İlham Əliyev xalqa verdiyi bütün vədləri yerinə yetirib. Bu gün dünyada belə dövlət başçısına çox az rast gəlmək olar.
Cənab İlham Əliyevin rəhbərliyi sayəsində Azərbaycanın dünyada siyasi və iqtisadi imkanları möhkəmlənib. Bu gün regionda həyata keçirilən beynəlxalq layihələr Azərbaycanın iştirakı ilə reallaşdırılır. Cənab Prezident ölkənin iqtisadi potensialının artırılması yönümündə həyata keçirdiyi siyasət nəticəsində ÜDM dəfələrlə artmışdır. İlham Əliyev Azərbaycanda "neft kapitalını" " insan kapitalına" çevrilməsinə dair strateji nəzəriyyə yaratdı. Bu gün Azərbaycanda qeyri-neft sektoru sürətlə inkişaf edir. Bu sektorda ixrac potensialımız hər gün artmaqdadır. Azərbaycan beynəlxalq aləmdə müstəqil siyasət yeridən strateji və etibarlı müttəfiq dövlət imicini qazanmışdır”.

 

K.Əliyeva müzəffər Ali Baş Komandanın başçılığı altında ordumuzun rəşadəti, xalqımızın birliyi nəticəsində 30 illik işğala son qoyulması ilə bağlı mühüm tarixi hadisəyə diqqət çəkib:

 

“Müharibədə böyük Zəfər qazandıq. Artıq Qarabağa "Böyük Qayıdış" planı reallaşmaqdadır. Artıq keçmiş məcburi köçkünlərimiz də öz yurdlarına mərhələli şəkildə dönməkdədir. Müharibə bitəndən bugünədək bərpa və yenidənqurma işlərinə büdcədən 7 milyard ABŞ dolları həcmində vəsait ayrılıb. Növbəti il üçün də kifayət qədər vəsait ayrılacaq. Bu Azərbaycan dövlətinin iqtisadi cəhətdən güclü bir dövlət olduğunun nümunəsidir.
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti daha yüksək zirvələr fəth edəcək və böyük uğurlara imza atacaq”.

 

T.Qafarlı
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...