“Bütün ruhumuzla XANKƏNDİ OLDUQ”

12:42 22-12-2023 | icon 540 | Siyasət
“Bütün ruhumuzla XANKƏNDİ OLDUQ”

Könül İsmayılova: “Düşmənlərimiz hələ bu cür mesajlarımızı çox eşidəcəklər”

 

“Dekabrın 21-də nəinki Azərbaycanın, bütün dünyanın gözləri tarixi torpağımıza – Xankəndiyə dikildi. Xankəndi stadionundan möhtəşəm görüntü Ermənistana və onun havadarlarına son mesajını verdi, özü də nida işarəsi ilə...”

 

 

Versus.Az xəbər verir ki, bunu Prezident İlham Əliyevin dekabrın 21-də Xankəndi stadionunda etdiyi çıxışı ilə bağlı açıqlamasında Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova bildirib.

 

Könül İsmayılova qeyd edib ki, bu mesaja Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında keçirilən oyun imza atdı:

 

“Tarixin qızıl yaddaşına Azərbaycanın özünün yazdığı tarix gələcək nəslə diqtə edəcək ki, bu gün hər bir azərbaycanlı azərbaycanlı olduğu üçün fəxr edir. Dekabrın 21-də hər bir azərbaycanlı bütün ruhu ilə Xankəndi oldu. Bəli, tarixə qızıl hərflərlə yazılan bir tarix də 2023-cü ilin son ayının 21-də torpaqlarımızın işğaldan sonra yaşadığı bir ilk oldu. İlk dəfədir ki, işğaldan azad edilmiş ərazilərdə futbol matçı keçirildi. İlk dəfə olaraq Xankəndi stadionunda keçirilmiş oyunda qəhrəman şəhidlərimizin uşaqları və ailə üzvləri də iştirak etdilər. Hər birimizin başı bir daha əbədi minnətdarlıq hissi ilə şəhidlərimizin ruhu qarşısında əyildi...”

 

 

Futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası və əhəmiyyəti olduğunu deyən K.İsmayılova vurğuladı ki, Azərbaycanın qədim diyarı olan Xankəndi çox-çox uzun illər idi Ermənistanın Rusiyanın razılığı ilə qoyduğu Stepanakert adı ilə dünyaya sırınmışdı:

 

“Son 30 ildə isə burada separatçılar yuva salaraq Xankəndini separatizmin rəmzinə çevrdilər. Tarixi həqiqət isə budur ki, Xankəndinin təməli Qarabağ xanı tərəfindən qoyulub və Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılıb. Ermənilər unutmuşdu ki, tarix tarixliyində qalır və heç bir vəchlə bu tarixi kökündən silmək, yox etmək mümkün deyil. Şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdi ki, Qarabağ bizim tarixi, əzəli torpağımızdır. Və biz bu torpaqlarımızı, işğaldan azad etdiyimiz bütün ərazilərimizi yenidən quracağıq. Qoy dünya da bir daha görsün ki, bu ərazilərin əsl sahibləri azərbaycanlılardır...”

 

Dekabrın 21-də möhtəşəm görüntüləri ilə dünyanı riqqətə gətirən Xankəndi stadionunun iki ay ərzində yenidən inşa edilib, əsaslı təmir olunduğunu vurğulayan K.İsmayılovanın sözlərinə görə, eyni zamanda digər şəhərlərimiz kimi, bu gün Ağdam şəhəri də yenidən qurulur və az bir müddətə buradakı “İmarət” stadiounundan da dünyaya mesajlarımız veriləcək:

 

“Düşmənlərimiz hələ bu cür mesajlarımızı çox eşidəcəklər. Və nə qədər çox eşitdikcə, bir o qədər də məğlubiyyətlərini qəbullanacaqlar. Hələlik isə Azərbaycanın zəfərlərini, uğurlarını uzaqdan seyr etməyə məhkumdular. Bundan sonra bütün Qarabağ torpaqlarında Azərbaycan Bayrağı əbədi dalğalanacaq”.

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...