“Azərbaycanın AŞPA-da fəaliyyətinə bu cür xitam verilə bilməz”

13:45 02-02-2024 | icon 818 | Siyasət
“Azərbaycanın AŞPA-da fəaliyyətinə bu cür xitam verilə bilməz”

Arzu Nağıyev: “Bu məsələdə faktlara söykənərək çıxış edilməli idi”

 

“Proses belə davam edə bilməz. Cənab Prezident Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşdə bu məsələni yenidən gündəmə gətirdi. AŞPA-da təmsil olunan deputatlara, eyni zamanda onun rəhbərliyinə mesaj verdi ki, əgər parlamentarilərimizin fəaliyyətini bərpa etməsələr bizim də deyiləsi sözümüz var. Əgər bundan bir nəticə çıxarmasalar Avropa Şurasında, Avropa İnsan Haqları Məhkəməsi və digər qurumların Azərbaycanla bağlı qərarlarını qeyri-legitim saya bilərik”.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Arzu Nağıyev Azərbaycan Prezidentinin Parlamentlərarası İttifaqın Baş katibini qəbul edərkən Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmayacağı təqdirdə Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq fikirləri ilə bağlı açıqlamasında bildirib.

 

A.Nağıyev qeyd edib ki, parlamentarilərimiz AŞPA-da Azərbaycana qarşı olan qərəzli mövqe və heç bir fakta söykənməyən iddialara etiraz olaraq qurumu tərk edərək fəaliyyətini dayandırıb:

 

Hesab edirəm ki, ayrı-ayrı Avropa dövlətləri Azərbaycanla ikitərəfli əlaqələr qurmaqla yanaşı, ölkəmizi enerji təhlükəsziliyini təhdidinin qarşısının alınmasına iştirak edən dövlət kimi qəbul edirsə, bu məsələdə faktlara söykənərək çıxış etməlidir. Hansısa deputatların qərəzli mövqeyi ilə Azərbaycanın AŞPA-da fəaliyyətinə belə xitam verilə bilməz”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM