"Ad gününüz mübarək, cənab Prezident"
Könül İsmayılova: "İlham Əliyev xalqın dəstəyinə güvənməklə uğurlara nail oldu"
"Cənab İlham Əliyev 20 illik prezidentlik dövründə bütün gücünü Azərbaycanın bütövlüyünə, suverenliyinə yönəltdi və bu yöndə fəaliyyətini davam etdirməkdədir. Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun davamı olaraq aparılan işlər bu gün öz müsbət nəticəsini verib. Cənab İlham Əliyevin ad günündə onu prezident olduğu 20 ildə əldə etdiyi uğurlarla bərabər təbrik etmək yerinə düşər".
Versus.Az xəbər verir ki, bunu Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova Prezident İlham Əliyevin ad gününə təbrik paylaşımında bildirib.
"2003-cü ilin prezident seçkilərində Ulu Öndər Heydər Əliyevin belə bir müraciəti oldu: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
2003-cü ildə xalqın etimadı ilə ilk dəfə prezident seçilən İlham Əliyev Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq xalqımızın və dövlətimizin milli maraqlarını müdafiə edəcəyinə, ərazi bütövlüyümüzü qoruyacağına and içmişdi".
K.İsmayılova qeyd edib ki, hazırki siyasi mənzərəyə nəzər yetirdikdə cənab prezidentin son 20 il ərzində verdiyi bütün vədlər və qarşısına qoyduğu bütün vəzifələrin icra edildiyi görünür:
"Cənab prezident bütün bunlara hər zaman xalqın dəstəyinə güvənməklə nail olub. Bu o deməkdir ki, cənab Prezident atasının - ümummilli liderin söylədiklərini puça çıxartmadı.
Bu gün Azərbaycan dövlətinin rəhbəri məhz humanizm ideyalarına və milli dəyərlərə söykənən Prezident İlham Əliyevdir. Ölkə başçısının yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edir.
Azərbaycan hazırda 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə hazırlaşır. Azərbaycanın ərazi bütövlüyünə nail olan ölkə başçımızın bu seçkilərdə də xalqın səsini qazanacağı şübhəsizdir. Və cənab İlham Əliyevin ən böyük uğuru da bu dəfə məhz suveren Azərbaycanın bütün ərazilərində keçirilən seçkilərə imza atması oldu. Bununla da Azərbaycan dünyaya son mesajını vermiş oldu.
Ad gününüz mübarək, cənab Prezident".
PƏRİ
versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"