“Bulgari” ilanı Qız qalasına sarıldı

16:20 25-12-2023 | icon 432 | Mədəniyyət
“Bulgari” ilanı Qız qalasına sarıldı

Bakıda “Serpenti” kolleksiyasının 75 illiyi qeyd olundu

 

Bakı həmişə tarixi incəsənət nümunələrini qovuşduran şəhər olub. Opera ilə muğam, caz ilə milli musiqi alətləri, xalçaçılıqla müasir incəsənət və daha nələr-nələr burada qovuşub. Bu günlərdə isə Aralıq dənizi sahillərindən gələn qədim və ecazkar simvol - “Serpenti” ilanı - Qız qalasının üzərində peyda olub.

 

Bu il “Bulgari”nin daim dəyişən və yeni çalarlar əldə edən simvolu - “Serpenti” ilanı - 75 illik yubileyini qeyd edir. Bu münasibətlə zərgərlik evi sonsuz ilham mənbəyi kimi ilana diqqət yetirən beynəlxalq “Serpenti Factory” sənət layihəsini başladıb. Brend Madrid, Şanxay, Seul, Dubay, Milan və Tokio da daxil olmaqla bir çox şəhərlərdə bu hadisəni öz pərəstişkarları ilə qeyd edib. Bakıdakı tədbir yubiley ilinin bir növ kulminasiya nöqtəsi oldu. 

 

Azərbaycanda da, bütün dünyada olduğu kimi, “Bulgari” Zərgərlik Evinin ustalarının yaradıcı baxışları sayəsində daim dəyişən “Serpenti” kolleksiyası ən çox axtarılanlardan biri olaraq qalır. Və bu təəccüblü deyil.

 

İlk dəfə 1948-ci ildə təqdim edilən “Serpenti” çox cəsarətli bir təklif idi. Dəhşətli müharibədən yeni çıxmış dünyaya lüks bir əşya təklif etmək təhlükəli idi. Lakin “Bulgari” bunu elə məharətlə gerçəkləşdirdi ki, eramızdan əvvəl Romaya gələn Kleopatranın daş-qaşlarının sehrindən ilhamlanan zərgərlik saatları ürəkləri fəth etdi. Çevik, stilizə edilmiş korpusa malik ilk “ilan” saatı məşhur “Tubogas” texnikasında hazırlanmışdı. Qiymətli “boru kəməri” “Bulgari”nin innovativ ruhunun ifadəsi idi.

 

İlanın təsviri minillər boyu Şərqdən Qərbə zərgərlərin fantaziyasını məşğul edib. İlan dərisini dəyişdiyi üçün Yunan və Roma mifologiyasında yenilənmə və bərpa olunma qabiliyyətlərinin simvolu idi. Daim yenilənən, məcazi mənada öz quyruğunu dişləyən və bununla da başlanğıcı və sonu olmayan bir çevrə təşkil edən ilanın simvolik obrazı olan Uroboros da kolleksiyada təmsil olunurdu. 

 

Əbədiyyət rəmzi olan Uroborosun başının yerinə siferblatlı saat düzəltmək fikri dahiyanə idi. Dizaynın motivi qiymətli daşlar və rəngli mina ilə yaradıcı təcrübələr üçün platformaya çevrilmişdi. İllər keçdikcə ilan da “məkanı”nı dəyişdi: artıq onu tək saatlarda deyil, boyunbağılarda, üzüklərdə, sırğalarda və hətta çantalarda görmək olur. “Serpenti” daim öz görünüşünü dəyişir, lakin həmişə insanları özünə aşiq edir. 

 

Bu günlərə qədər təsirini itirməyən heyranlıq Bakıdakı Qız qalasında valehedici “3D-mapping”də təşəkkül tapdı. İdeya “NARGIS” jurnalının komandasına məxsusdur. Jurnalın baş redaktoru Ülviyyə Mahmud “Bulgari” brendinin dostudur. Bunun sayəsində bir ilk gerçəkləşdi - UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Bakının memarlıq simvolunda “Bulgari” brendinin rəmzi əks olundu.

 
 Bu unikal tamaşadan öncə isə “NARGIS” jurnalı ilə birgə Gülüstan sarayında parlaq bir axşam keçirildi. 

 

 

Aparıcı Ceyhun Əli bir-birinin ardınca ulduzları səhnəyə dəvət etdi: opera solisti Samir Cəfərov, etnik instrumental ifaçı ElRein, nağara ifaçısı Ramil Cahangirov və cazmen İsfar Sarabski. Sonra xüsusi olaraq bu bayram üçün Londondan gələn “Bulgari” brendinin dostu, caz müğənnisi Cina Vest qonaqlara eksklüziv konsert verdi.

 

 

Eyni zamanda, nadir və bənzərsiz “Serpenti” şah əsərlərindən ibarət kolleksiya Romadan Bakıya gətirilərək bir neçə gün ərzində paytaxtımızda nümayiş olundu.

 

 

Beləliklə, Azərbaycana gəlmiş “Bulgari”nin rəsmi nümayəndələri və onların “Blue Planet”dən olan azərbaycanlı tərəfdaşları sayəsində Bakıda “Serpenti” kolleksiyasının 75 illiyi unudulmaz tədbirlə qeyd olundu. 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...