“Heydər Əliyev ili”nin YEKUNUNDA...

13:38 26-12-2023 | icon 479 | Siyasət
“Heydər Əliyev ili”nin YEKUNUNDA...

Heydər Əliyev Fondunun dəstəyilə kitablar və portal təqdim edildi

 

Dekabrın 25-də Bakı Kitab Mərkəzində Təşəbbüslər və Layihələr Mərkəzi (TLM) və Bakı Kitab Mərkəzi tərəfindən hazırlanan “Heydər Əliyev haqqında” adlı kitabın və www.aboutheydaraliyev.com portalının təqdimatı keçirilib.

 

Təqdimat mərasimində ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

 

Tədbiri Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı açaraq qeyd edib ki, “Heydər Əliyev haqqında” adlı kitabda dörd yüz nəfər nüfuzlu dünya liderinin, ictimai-siyasi xadimlərin, din, elm və mədəniyyət xadimlərinin ulu öndər Heydər Əliyev haqqında sitat və kəlamları yer alır.

 

Təşəbbüslər və Layihələr Mərkəzinin nümayəndəsi Aliyə Səfərova bildirib ki, layihə dörd dildə hazırlanıb. Kitabın bölmələri haqqında məlumat verən nümayəndə söyləyib:

 

“Prezident İlham Əliyevin 2022-ci il noyabrın 28-də imzaladığı Sərəncamla “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiqlənib. Tədbirlər Planına uyğun olaraq, ölkəmizdə və xaricdə ulu öndərin anadan olmasının 100 illiyi ilə əlaqədar müxtəlif tədbirlər keçirilir. Həmin tədbirlər silsiləsi çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə Təşəbbüslər və Layihələr Mərkəzi (TLM), eləcə də Bakı Kitab Mərkəzi tərəfindən hazırlanmış “Heydər Əliyev haqqında” kitabı və Aboutheydaraliyev.com portalının əsasını sitatlar bölməsi təşkil edir. Tərcüməsi Azərbaycan, ingilis, rus, ispan dillərində olan kitabda ümumilikdə 400 sitat var. Bunlardan 94-ü “Dövlət və hökumət başçıları”, 133-ü “Dövlət xadimləri”, 69-u “İctimai-siyasi xadimlər”, 47-si “Elm, mədəniyyət və din xadimləri”, 32-si “Beynəlxalq təşkilatların nümayəndələri” 25-i isə “İş adamları”na məxsusdur. Onların ulu öndər haqqında fikirləri öz əksini tapır”.

 

Təqdimat mərasimində dövlət xadimi, diplomat, alim, tarix elmləri doktoru Həsən Həsənov, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Azərbaycan Respublikası Prezidentinin sabiq köməkçisi, Prezident Katibliyinin keçmiş rəisi Dilarə Seyidzadə çıxış edərək ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti, qəbul etdiyi qərarların verdiyi töhfələrdən danışıb, ölkəmizin inkişafı naminə görülən misilsiz işlərin gənc nəslə çatdırılmasının vacibliyini qeyd ediblər.

 

Tədbirin bədii hissələrində Bəbir Bəbirli, Ərəstun Quliyev, İlkin Dövlətov, Orxan Hüseynli və Türkay Cəfərlinskinin ifasında ulu öndər Heydər Əliyevin sevdiyi “Alagöz”, “Ana” və “Küçələrə su səpmişəm” mahnıları dinləyicilərə təqdim olunub.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...