“Bu qərarın "Heydər Əliyev" ilinə təsadüf etməsi bu ilin strategiyasına uyğundur”
İsa Həbibbəyli: "Azərbaycan ərazi bütövlüyünün və suverenliyinin tam bərpası “Heydər Əliyev ili”ə ən böyük töhfədir"
“Ölkə Prezidentinin sərəncamı ilə elan olunan “Heydər Əlieyev ili” və bu istiqamətdə keçirilən çoxsaylı tədbirlər ulu öndərin xatirəsinə, fəaliyyətinə, xidmətlərinə xalqımızın və dövlətimizin verdiyi yüksək qiymətlə bərabər, həm də “Heydər Əliyev ili” tədbirləri vasitəsi ilə ölkəmizdə azərbaycançılıq ideologiyasının, milli dövlətçilik məfkurəsinin, vətənpərvərlik tərbiyəsinin daha da dərinləşməsinə öz xidmətini göstərdi”.
Versus.Az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat İsa Həbibbəyli bildirib.
İ.Həbibbəyli eyni zamanda qeyd edib ki, “Heydər Əliyev ili”ndə AMEA-da, universitetlərimizdə, çap olunan çoxsaylı nəşrlər, beynəlxalq tədbirlər və konfransalar, görüşlər geniş mənada Azərbaycan xalqının tarixində xüsusi mərhələ olan Heydər Əliyev və İlham Əliyev əsrinin mahiyyətinin, əhəmiyyətinin Azərbaycan cəmiyyətinə çatdırılmasında, xüsusən yeni nəsillərə aşılanmasına öz töhfəsini verdi.
Deputat bildirib ki, “Heydər Əliyev ili”ə ən böyük töhfə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasıdır:
“Bu, həm də İlham Əliyevin siyasi iradəsi ilə Heydər Əliyev ilində Azərbaycan dövlətçiliyinə göstərilən misilsiz xidmətin əyanin sübutudur. Növbədənkənar seçkilər haqqında qərarın Heydər Əliyev ilinə təsadüf etməsi bu ilin strategiyasına uyğundur”.
Tahirə Qafarlı
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"