“Beynəlxalq təsisatlar Azərbaycana qarşı müharibəni davam edir”
Nizami Səfərov: "Hüquqi immunitetlərin gücləndirilməsinə ciddi ehtiyac var”
“Ermənilərin kəşfiyyat qrupunun təxribatının qarşısını alan zaman puskuya düşüb şəhid olan Azərbaycanın milli qəhrəmanı Çingiz Qurbanovun yaşamaq hüququ deyil, təxribat törədənlərin hüquqları qorunur. 30 ilə yaxın müddətdə bütövlükdə Cənubi Qafqaz üçün ciddi təhdid yaradan silahlı münaqişə tarixə qovuşsa da beynəlxalq təsisatlar başqa üsul və vasitələrlə Azərbaycana qarşı müharibəni davam edir”.
Versus.Az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Nizami Səfərov bildirib.
Deputat hesab edir ki, belə olan vəziyyətdə ən məntiqli hüquqi addımlardan biri dövlətimizə qarşı açıq düşmənçilik mövqeyi sərgiləyən qurumların qərarlarına münasibətin fundamental şəkildə dəyişməsi olmalıdır.
N.Səfərov qeyd edib ki, Avropa dövlətləri tərəfindən tətbiq edilən “Əks məhdudiyyətlər daktrinasına görə konstitusiyalar bünövrəsini təşkil edən prinsipləri uyğun gəlməyən beynəlxalq məhkəmə orqanlarının qərarları icra edilmir:
"Bu problemlərdən qaynaqlanan hüquqi konfliktlər milli qanunvericiliyin üstünlüyünü təşkil edir. Azərbaycan Konstitusiyasının əsasında olan prinsiplər fundamental insan hüquqlarının qorunması, prinsipi daxil olmaqla milli hüquq çərçivəsində beynəlxalq hüquq normalarının həyata keçirilməsində normativ filter rolunu oynayır. Ölkəmizə qarşı müxtəlif istiamətlərdə hücumarın baş verdiyi dönəmdə Konstitusiya hüquq sisteminin qorunmasını təmin etmək üçün hüquqi immunitetlərin gücləndirilməsinə ciddi ehtiyac var”.
Tahirə Qafarlı
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"