“Bu bir ilin deyil, Azərbaycanın 200 illik tarixinin ən böyük uğurudur”

20:27 26-12-2023 | icon 496 | Siyasət
“Bu bir ilin deyil, Azərbaycanın 200 illik tarixinin ən böyük uğurudur”

Rəşad Bayramov: “2023-cü il Azərbaycan üçün beynəlxalq miqyasda bir sıra uğurlarla yadda qaldı"

 

"Ərazilərimizin işğalçılardan tamamilə təmizlənməsi təkcə 2023-cü ilin deyil, ümumiyyətlə, Azərbaycanın 200 illik tarixinin ən böyük uğurudur”.

 

Versus.Az xəbər verir ki, bunu 2023-cü ilin hansl tarixi hadisələrlə yadda qalması, beynəlxalq müstəvidə hansı mövqeyə sahiblənməsi ilə bağlı açıqlamasında politoloq Rəşad Bayramov bildirib.

 

Politoloq sona çatmaqda olan 2023-cü ili ölkəmiz üçün bir sıra mühüm hadisələr fonunda yadda qalan il kimi dəyərləndirib. O, ən önəmli hadisə olaraq sentyabr ayında həyata keçirilən antiterror tədbirlərini qeyd edib:

 

“Cəmi bir gün davam edən əməliyyat nəticəsində separatçı xunta rejimi süquta uğrayaraq təslim olmaq və ərazilərimizi tərk etmək məcbiriyyətində qaldı. Nəticədə başda Xankəndi olmaqla, bütün ərazilərimizdə müqəddəs üçrəngli bayrağımız ucaldıldı. Ərazilərimizin işğalçılardan tamamilə təmizlənməsi isə təkcə 2023-cü ilin deyil, ümumiyyətlə, Azərbaycanın 200 illik tarixinin ən böyük uğurudur”.

 

Politoloq hesab edir ki, başa çatmaqda olan il Azərbaycanla Ermənistan arasında sülh sazişi istiqamətində danışıqların aktiv fazaya qədəm qoyduğu il kimi də yadda qalıb. Müxtəlif platformalarda aparılan çoxsaylı danışıqlar nəticəsində Ermənistanın Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdığını qeyd edən R.Bayranov hazırda vasitəçilər olmadan danışıqların davam etdiyini, artıq br sıra irəliləyişlərin müşahidə edildiyini vurğulayıb.

 

Onun qənaətinə görə, Delimitasiya Komissiyasının işini bərpa etməsi, Ermənistan baş naziri aparatı ilə Azərbaycan Prezident Admnistrasiyasının əsrilərin dəyişdirilməsi ilə bağlı verdikləri birgə bəyanat, Ermənistanın BMT-nin iqlim dəyişikliyi konfransına evsahibliyi ilə bağlı Azərbaycanın namizədliyini dəstəkləməsi sülh sazişinin imzalanacağına dair ümidləri artırır:

 

“2023-cü il Azərbaycan üçün beynəlxalq miqyasda bir sıra uğurlarla yadda qaldı. Azərbaycanın uğurlarını qəbul edə bilməyən, regionumuzu öz ambissiyalarının qurbanına çevirmək istəyən ayrı-ayrı  ölkələrin əleyhimizə qarşı apardıqları kampaniyalara baxmayaraq, Fransanın BMT TŞ-dakı  fiaskosu, Avropa İttifaqının Azərbaycan əleyhinə qəbul etmək istədiyi qərarlara Macarıstanın veto qoylması da ilin yaddaqalan hadisələri sırasına aid edilə bilər. Eyni zamanda Avropa ilə "yaşıl enerji" sahəsində əməkdaşlıq istiqamətində atılan addımlar, Azərbaycan qazının Avropaya çatdırılması üçün  Serbiya-Bolqarıstan qaz intekonnektorunun açılışı, eləcə də İranla Araz yolunun çəkilişi ilə bağlı əldə edilən razılaşmalar da ilin ən vacib, yaddaqalan hadisələridir”.

 

Politoloq hesab edir ki, Araz yolu Zəngəzur yolu ilə bağlı aparılan danışıqlarda Azərbaycana başqa imkanları tanımış olur.  Onun fikrincə, Azərbaycan alternativ imkanların olduğunu Ermənistana və onların havadarlarına sübut etməklə faktiki olaraq Zəngəzur dəhlizinin açılmamasından ən çox Ermənistanın zərər çəkəcəyini sübut edə bilib:

 

“Araz yolu hər hansı bir ölkənin Azərbaycana qarşı Zəngəzur dəhlizi vasitəsi ehtimal edilən təzyiq imkanlarını aradan qaldıracaq. İran dərk edəcək ki, Ermənistan üzərindən keçən Zəngəzur yolu var və Araz yolundan təzyiq vasitəsi kimi istifadə etməyə qalxmayacaq, eynilə də Ermənistan Azərbaycanın alternativ yolları olduğuna görə həmin yoldan təzyiq vasitəsi kimi istifadə edə bilməyəcəyini anlayacaq. Ümumən sona çatmaqda olan 2023-cü ili Azərbaycan üçün uğurlu il hesab etmək olar”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...