"2024-cü ildən ötən illərdə bünövrəsi qoyulan məsələlərin daha dinamik inkişafını gözləyirik”
Aqil Məmmədov: “O böyük liderin möhtəşmliyini daha dərindən hiss edəcəyik”
"Xalq ulu öndərin səsinə səs verərək İlham Əliyevi prezident seçdi. Və İlham Əliyevin 20 illik fəaliyyəti dövründə nail olduğumuz nəticələr göz önündədir”.
Versus.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Aqil Məmmədov 2023-cü ilin hansl tarixi hadisələrlə yadda qalması, beynəlxalq müstəvidə hansı mövqeyə sahiblənməsi ilə bağlı açıqlamasında bildirib.
Deputat son illər Azərbaycanın yaratdığı tarixi hadisələrə məhz 2023-cü il “Heydər Əliyev ili” kontekstindən yanaşdı. O, “Heydər Əliyev ili”nin ölkə daxilində və ölkəmizin hüdudlarından kənarda böyük coşqu ilə qeyd olunduğunu vurğuladı, insanların bu tarixi şəxsiyyətin Azərbaycan naminə apardığı işlərə diqqət çəkdiyini qeyd etdi:
“Bizim Kəlbəcər rayon əhalisi məcburi köçkün olaraq 54 rayonda məskunlaşıb. Ulu öndərin 100 illiyinə həsr olunmuş tədbirlər demək olar ki, bütün yaşayış məntəqələrinin hər birində keçirildi. Dekabrın 23-də isə “ulu öndər və müasir Azərbaycan” mövzusunda ilin sonuncu tədbiri oldu. Bu tədbirlərdə ulu öndərin dövlət, xalq üçün gördüyü mühüm işlərə yenidən diqqət çəkildi. İllər keçdikcə bu tarixi şəxsiyyətin həyatı, siyasi fəaliyyəti daha dərindən öyrəniləcək, o böyük liderin möhtəşmliyini daha dərindən hiss edəcəyik”.
A.Məmmədov hesab edir ki, Ulu öndərin 100 illiyi ilə bağlı tədbirlər tarixin mühüm anlarını yada salmaq, nəticələr çıxarmaq üçün mühüm əhəmiyyət kəsb edir. O, bu mənada ulu öndərin 1993-cu ildə 91-lərin müraciətinə əsasən yenidən hakimiyyətə qayıdışını önə çəkib:
“Ulu öndərin hakimiyyətə qayıdışı ərəfəsində Azərbaycan parçalanma təhlükəsi qarşısında idi. Ölkədə siyasi hərcmərclik, özbaşınalıq baş alıb gedirdi. Ölkə iqtisadiyyatı iflic vəziyyətdə idi, torpaqlarımızın 20 faizi işğal olunmuşdu, 1 milyona yaxın qaçqın və məcburi köçkün ordusu var idi. Bir sözlə, ölkə vətəndaş müharibəsinin ərəfəsində idi. Ulu öndrin hakimiyyətə gəlişi ilə bütün bu problemlər planlı, müdrikcəsinə həllini tapdı və qısa zaman kəsiyində ölkədə sabitlik bərqərar olundu. Ermənistanla Atəşkəs imzalandı, sonra “Əsrin müqaviləsi”kimi tarixi hadisə gerçəkləşdi. “Bəli, “Əsrin müqaviləsi” tarixi hadisə idi. Çünki o vaxt heç bir dövlət, heç bir özəl şirkət müharibə gedən ölkəyə sərmayə qoymaq istəmirdi. Ulu öndərin uzaqgörən siyasəti, ona olan inamın nəticəsində həmin müqaviləyə imzalar atıldı və bununla da Azərbaycan iqtisadiyyatının uğurlu inkişafının təməli qoyuldu. Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatına inteqrasiya etməyə başladı. Böyük layihələr həyata keçirildi. İqtisadi inkişaf, ölkə vətəndaşlarının rifahına xidmət etdi, paralel ordu quruculuğu istiqamətində əsaslı işlər görüldü.
O zamanlar Ermənistan-Azərbaycan münaqişənin sülh yolu ilə həll olunması üçün yaradılan ATƏT-in Minsk Qrupu Azərbaycanın başının altına yastıq qoymaqdan başqa heç bir işə yaramadı. Minsk Qrupu fəaliyyətsiz olduğuna görə rədd edildi. Müharibə ərəfəsində ölkəmizə səfər edən həmin Minsk qrupu həmsədrlərinin Prezidentlə görüşündə, İlham Əliyevin - “mən sizi dəvət etməmişəm”- deməsi bu quruma vurulan tərs silə idi.
Eləcə də BMT-də Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı 4 qətnamə imzalandı. Ermənistan bu qətnamələri icra etmədi, üstəlik erməni havadarları və bəzi haqdan, hüquqdan danışan beynəlxalq qurumlar buna görə Ermənistana “gözün üstə qaşın var” demədi. Ermənistanın işğalçılıq siyasətinə son qoyması üçün dünya birliyi tərəfindən bu ölkəyə heç bir sanksiya tətbiq edilmədi. Halbu ki, ermənilər Azərbaycanda Xocalı soyqırımını törətmiş, beynəlxalq hüquqla tanınan Azərbaycan torpaqlarını işğal etmişdilər. İkilistandartlarla çıxış edən dünya gücləri ermənilərin “öz müqəddəratını təyin etmə” hədyanları ilə sevə-sevə razılaşırdılar”.
A.Məmmədov Ulu öndərin Azərbaycanın haqq səsini dünyaya çatdırmaq üçün atdığı ən mühüm addımardan biri kimi onun özündən sonra bu siyasəti qətiyyətlə yürüdəcək bir lider hazırlamasını qeyd edib:
“2003-cü il preziden seçkiləri ərəfəsində ulu öndər xalqa müraciət edərək, İlham Əliyevə özü qədər inandığını, onun praqmatik düşüncəli gənc olduğunu, dünyada gedən prosesləri, dünya istisadiyyatını yaxından bildiyini deyərək, -mənim başa vura bilmədiyim işləri İlham Əliyev məharətlə tamamlayacaq, torpaqlarımız işğaldan azad olunacaq”-dedi, estafeti etibarlı əllərə buraxdığını bəyan etdi. Xalq ulu öndərin səsinə səs verərək İlham Əliyevi prezident seçdi. Və İlham Əliyevin 20 illik fəaliyyəti dövründə nail olduğumuz nəticələr göz önündədir”.
A.Məmmədov ən yadda qalan hadisələrdən biri kimi 2020-ci il 10 noyabr üçtərəfli bəyannaməsinin imzalanmasını və ondab sonra cərəyan edən prosesləri qeyd edib:
“Həmin bəyanata uyğun olaraq Ermənistan özünün qeyri-qanuni silahlı birləşmələrini ərazilərimizdən çıxartmalı idi. Delimitasiya, demorkasiya məsələləri həll edilməli, kommunikasiyalar açılmalı, sülh müqavilsi imzalanmalı, Zəngəsur dəhlizi açılmalı idi. 3 il müddət keçməsinə baxmayaraq Ermənistan üzərinə götürdüyü öhtəliyi yerinə yetirmədi. Əksinə, Laçın rayonunu “boz zonaya” çevirib Qarabağda qeyri-qanuni formalaşan separatçı rejimə silah -sursat daşıyır, bir çox hallarda fransız bacılarını icazəsiz ərazilərimizə gətirib təxribatlar edirdilər. Erməni özbaşınalığı Azərbaycanın daha qəti addımlar atmağa sövq edirdi. Torpaqlarımız talanırdı. Bütün ermənipərəst qüvvələrin diqqəti Laçına yönəlmişdi. Laçından Qarabağa maneəsiz keçib gəlmək üçün yersiz tələblər, təzyiqlər irəli sürülürdü. Lakin Azərbaycan Prezidenti qətiyyətli addım ataraq nəhayət 2023-cü il aprelin 23-də Laçında sərhəd buraxılış məntəqəsini yaratdı. Bununla da Qarabağda olan qeyri-qanuni silahlı birləşmələrə hərbi sursat daşıyan yüklərin qarşısı alındı. Bu çox mühüm hadisə idi.
Ermənistan və havadarları az qala Azərbaycanı yeni müharibəyə hazırlıqda, etnik təmizləmədə, soyqırımda qınamağa başlamışdı, erməni silahlıları öz xoşuna ərazilərimizi tərk etmək istəmədi. Nəhayət Azərbaycan məcbur olub qeyri-qanuni silalı birləşmləri tərksilah etmək üçün 19 sentyabr lokal xarakterli antiterror tədbirini keçirtdi. Qarabağdakı separatçılar ağ bayaraq qaldırdı. Qısa zaman kəsiyində silahı yerə qoyaraq Azərbaycan torpağını tərk etdilər. Azərbaycan Prezdenti üçrəngli bayrağımızı Xocalıda, Ağdərədə, Xocavənddə, Xankəndidə başı üzərinə qaldırdı. 1 günlük antiterror tədbiri ilə Azərbaycan suverenliyinə qovuşdu”.
A.Məmmədov bildirib ki, Prezidentin ad günü ərəfəsində -dekabrın 21-də Xankəndi stadionunda futbol matçının açılşında iştirakı, topu mərkəzdən meydana vuraraq oyunu açması açıq meydandan verilən, yüksək notlu mesajlardır:
“Prezidentin müdriklik göstərərək 2 nəfər Azərbaycan əsgəri ilə 32 erməni əsirini dəyişdirmək qərarı öz əsgərinə olan diqqət, dəyərin nümayişidir. “Mən hər bir Azərbaycan vətəndaşının prezidentiyəm” -deyən İlham Əliyev bu addımı ilə dediyi sözləri bird aha təsiqlədi”.
A.Məmmədov qeyd edib ki, Azərbaycan son 20 ildə beynəlxalq tədbirlərin keçrildiyi mərkəzə çevrilib. Bu da ondan irəli gəlir ki, ölkədə sabitlik var, dövlət rəhəbrinin sözünə güvənilir və tədbirlərin keçriliməsi üçün yüksk şərait yaradılır:
“2023-cü ildə Bakıda “Xəzər-Avropa Birliyi Yaşıl Enerji Dəhlizi” layihəsi çərçivəsində Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın enerji qurumları arasında görüş keçirilib. “Azərenerji”nin təşkilatçılığı ilə düzənlənən bu tədbir 17 dekabr 2022-ci il tarixində Buxarest şəhərində Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan ölkələrinin dövlət və hökumət başçıları tərəfindən imzalanmış “Yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”-in icrası ilə bağlı olub. Sazişə əsasən, Xəzər dənizi üzərində və ətrafında yaradılacaq bərpa olunan enerji mənbələrində istehsal olunan “yaşıl enerji”nin Azərbaycandan Gürcüstana, oradan isə kabel xətti ilə Qara dənizin altından keçməklə Rumıniya və Macarıstana, oradan isə Avropa Birliyi ölkələrinə ötürülməsi, bununla da “Xəzər-Avropa Birliyi Yaşıl Enerji Dəhlizi”nin yaradılması tərəflər arasında əsas prioritet olaraq qəbul olunub”.
A.Məmmədov son zamanlar Ermənistanla sülh müqaviləsinin bağlanmasına ümidlərin yarandığını deyib. O, bildirib ki, Azərbaycan tərəfi Naxçıvana quru yolun, dəmir yolunun çəkilməsi, insanların gediş-gəlişinin asanlaşması ilə bağlı öz təkliflərini çoxdan verib:
“Lakin götürdüyü öhtəliklərə əməl etməyən Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı xoş olmayan mövqe sərgiləyir. Əslində Zəngəzur yolu Orta Asiydan, Şərqdən Avropaya keçən ən qısa yollardan biridir. Tək Azərbaycan deyil, Orta Asiya, Avropa ölkələri bu karidorun açılmasında maraqlıdır. Karidor açılarsa Şərqdə yaşayan dövətlər öz yüklərini rahat şəkildə Türkiyəyə, oradan isə Avropaya çatdıra biləcəklər. Burda əsas problem dəhlizə kimlərin nəzarət etməsi ilə bağlıdır. Bu məsələ Ermənistanla Azərbaycan arasında ikitərəfli şəkildə həll edilməlidir. Amma Ermənistan müstəqil siyasət yeridə bilmədiyi üçün adekvat addım ata bilmir. Ermənistan dərk etməlidir ki, dəhlizin açılması onun xilasıdır.
Hələ ki, Ermənistanın Zəngəzur maneəsi, istər-istəməz alternativ Araz yolunu gündəmə gətirib. Artıq İranla Azərbaycan arasında müəyyən razılaşma var. Ermənistan və havadarları dərk etməlidir ki, Zəngəzur dəhlizi böyük layihədir və bu, yol ondan istifadə edən hər bir dövlətin iqtisadiyyatına böyük töhfələr verəcək. 2023-cü il çox mühüm hadisələrlə yadda qaldı. 2024-cü ildən ötən illərdə bünövrəsi qoyulan məsələlərin daha dinamik inkişafını gözləyirik”.
Tahirə Qafarlı
versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"