"Bu üç hadisə sadəcə ərazilərin azad edilməsi məsələsi deyil"
Musa Qasımlı: “Bu, Azərbaycan xalqının qarşısında geniş üfüqlər açan hadisələrdir”
2023-cü il torpaqların azadlığının son akordu, yeni başlanğıc ilidir. Azərbaycanı bu gününə gətirən “yol xəritəsi”ndə Qarabağ münaqişəsinin həlli, aparılan sülh danışıqları, dünyanın Azərbaycana zillənən diqqəti, keçirlən beynəlxal tədbirlər, imzalanan sənədlər, layihələr, Avropa ilə “yasıl enerji” əməkdaslığı, İranla “Araz yolu”nun qurulması və əhəmiyyəti istiqamətində mühüm məsələlər yer alır. Əslində Azərbaycanın keçdiyi siyasi, iqtisadi, mədəni intibah dövründə torpaqların azadlığı, sərhədlərimizin bütövlüyü millətin illərdir yaşadığı acılarını ovundurur.
Bunların fonunda Ulu öndər ilinin sonunda bir sual ortaya çıxır: Azərbaycan dövləti, xalqı nələrdən keçdi və yola saldığımız 2023-cü il hansl tarixi hadisələri ilə yadda qaldı, beynəlxalq müstəvidə hansı mövqeyə sahibləndi?
Versus.Az xəbər verir ki, siyasət adamları bu istiqamətdə açıqlamalarında mühüm məqamlara diqqət çəkib.
Deputat, professor, Musa Qasımlı bu ilin ən böyük hadisəsi kimi ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyində bütün ərazilərimizdə dövlət suverenliyinin təmin edilməsini qeyd edib.
O, tarixi faktlara istinad edərək, 1991-ci ildə dövlət müstəqilliyi haqqında konstitusiya aktı qəbul edilsə də, heç bir zaman bütün ərazilərimizdə dövlət suverenliyimizin olmadığını, milli valyutamızın işləmədiyini qeyd edib:
“İlk dəfə olaraq sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə dövlət bayrağımız qaldırıldı. Bu, ilin ən böyük hadisəsidir. İlin ən böyük ikinci hadisəsi Xankəndidə noyabrın 8-də keçirilən həri parad oldu. Belə bir parad yalnız 1 dəfə 1919-cu il iyulun sonlarında Xankəndidə keçirilmişdi.
Digər ən mühüm hadisə, Xankəndi stadionunda Azərbaycan kuboku uğrunda futbol oyunlarının keçirilməsidir. Bununla bütövlükdə işğaldan azad olunmuş ərazilərimizə Azərbaycan idmanı, futbolu qayıtdı və onun da çox dərin mənası var”.
M.Qasımlı hesab edir ki, bu üç hadisə sadəcə ərazilərin azad edilməsi məsələsi deyil:
“Bu, Azərbayacan xalqının qarşısında geniş üfiqlər açan hadisələrdir və Azərbaycan xalqının, dövlətinin çox gözəl gələcəyinin olduğunu müəyyən edir”.
T.Qafarlı
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"