Nüsrət Kəsəmənlinin doğum günüdür

12:30 29-12-2023 | icon 453 | Mədəniyyət
Nüsrət Kəsəmənlinin doğum günüdür

Bu gün azərbaycanlı şair, publisist, ssenarist Nüsrət Kəsəmənlinin doğum günüdür.

 

Nüsrət Kəsəmənli 29 dekabr 1946-cı ildə Ağstafa rayonunda anadan olub.

 

O, 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub.

 

Universitetin II kursundaykən 1969-cu ildə “Bakı” və “Baku” qəzetlərində müxbir, ədəbi işçi vəzifələrinə qəbul edildiyinə görə qiyabi şöbəyə keçirilib. Universiteti bitirdikdən sonra 1978-1985-ci illərdə Azərbaycan Yazıçılar İttifaqında referent və ədəbi məsləhətçi olub.

 

1960-cı illərin əvvəllərindən bədii yaradıcılığa başlayıb. 150-dək şerinə musiqi bəstələnib. “Boş kəndlərin harayı”, “Mövzu üzrə improvizasiya”, “Ənbizlərin keşiyində”, “Sovet Azərbaycanına səyahət” və s. sənədli filmlərin, “Afroditanın qolları”, “Qarabağ əhvalatı” bədii filmlərin ssenari müəllifidir. Moskvada gənc yazıçıların VI, VII Ümumittifaq müşavirələrində iştirak edib.

 

1981-1984-cü illərdə fəal ictimaiyyətçi olub: Azərbaycan Yazıçılar İttifaqında Həmkarlar Komitəsinin sədri, mədəniyyət işçiləri həmkarlar ittifaqı respublika komitəsi rəyasət heyətinin üzvlüyünə namizəd, Azərbaycan Tarix və Mədəniyyət Abidələri Mühafizə Cəmiyyətinin üzvü, Azərbaycan Yazıçılar İttifaqının VI, VII qurultayında idarə heyətinin üzvü, poeziya şurasının sədri seçilib. 1985-ci ildən C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında baş redaktor işləyib.

 

1985-ci ildən “Dünyaya pəncərə” sənədli televiziya verilişinin ssenari müəllifi və aparıcısı olub. 15 oktyabr 2003-cü ildə Təbrizdə vəfat edib.

 

Vətəndaş Həmrəyliyi Partiyasının qurucularından biri və VHP Ali Məclisinin (Ali Şurasının) ilk üzvlərindən olub.

 

Azərbaycanda daha çox yazdığı sevgi şeirləri ilə tanınıb və bir çox mahnılara şeirlər yazıb. Eyni zamanda Nüsrət Kəsəmənli məhəbbət janrında yazdığı şeirlərlə Azərbaycan ədəbiyyatında başqa bir səhifə açıb.

 

“Daha nağıllara inanmıram mən”, “Biri vardı, biri yox”, “Səni unutsam”, “Vətən alov etsin odunu sənin”, “Mənsiz qalacaqdır bu dünya bir gün”, “Oğru olmaq istəyirəm”, “Ağacın altında kölgə”, “Qoyunlar yeyəcək canavarları”, “Məhəbbətdən küsəndə”, “Yoxdursa”, “Mənim o ağaca yazığım gəlir”, “Mənə inanmırsan bir yuxu kimi”, “İnanma əzizim, inan əzizim” məşhur şeirlərindən sayılır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR