Qondarma “artsax”ın mövcudluğu BAŞA ÇATDI

17:16 02-01-2024 | icon 545 | Hadisə
Qondarma “artsax”ın mövcudluğu BAŞA ÇATDI

Qarabağdakı keçmiş qondarma rejimin ləğvi barədə “qərar”a uyğun olaraq “artsax”ın mövcudluğu başa çatıb.

Versus.az xəbər verir ki, Azərbaycan Ordusunun 19-20 sentyabr 2023-cü il tarixlərində həyata keçirdiyi uğurlu antiterror tədbirlərindən sonra Qarabağdakı erməni separatçıları “ağ bayraq” qalırmaq məcburiyyətində qalıblar.

 

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığının vasitəçiliyi ilə 2023-cü il sentyabrın 20-si saat 13:00-dan etibarən lokal xarakterli antiterror tədbirlərinin tam dayandırılması barədə razılıq əldə olunub.

 
 


Daha sonra Xankəndidəki qondarma "artsax" rejimi təslim olaraq özünü buraxmaq barədə qərar qəbul edib. 

 

Özünü buraxdığını elan edən “artsax”ın sonuncu başçısı Samvel Şahramanyanın imzaladığı "fərman"da deyilir:

 

“1. 2024-cü il yanvarın 1-dək “artsax respublikası”nın tabeliyində olan bütün dövlət qurumları və təşkilatları ləğv edilsin və “artsax respublikası”nın mövcudluğu dayandırılsın;

 

2. Qarabağın erməni əhalisi, o cümlədən “respublikadan” kənarda yerləşən əhali bu “fərman” qüvvəyə mindikdən sonra gələcəkdə Qarabağda qalma (qayıtmaq) mümkünlüyü haqqında müstəqil və fərdi qərar qəbul etmək məqsədi ilə Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış olsunlar”.

Qarabağ separatçılarının keçmiş başçıları Arayik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan, Ruben Vardanyan, David İşxanyan, Levon Mnasatkanyan, David Babayan, David Manukyan həbs edilərək Bakıya gətirilib.



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının üçrəngli Dövlət Bayrağını ucaldıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...