Ali məktəblərə qəbulun keçid balları enəcək?

09:19 04-01-2024 | icon 364 | Təhsil
Ali məktəblərə qəbulun keçid balları enəcək?

Ali məktəblərə qəbul zamanı bəzi ixtisaslar üzrə keçid ballarının enəcəyi gözlənilir.

 

Xezerxeber.az-ın məlumatına görə, keçid ballarında hər il müşahidə olunan dəyişiklik bu dəfə abituriyentləri sevindirəcək şəkildə ola bilər.

 

Təhsil məsələləri üzrə mütəxəssis Vüsal Kərimli bildirib ki, bu il bəzi ixtisaslar üzrə plan yerlərinin artırılması nəzərdə tutulub. Bu da keçid ballarına təsirsiz ötüşməyəcək. Yeni universitetlərin və ya filialların açılması da öz növbəsində balların enməsinə səbəb ola bilər.

 

Vüsal Kərimli qeyd edib ki, balların enməsinə səbəb ola biləcək digər amil isə tələbə sayı ilə bağlı qarşıya qoyulan hədəfdir. Çünki 2026-cı ilə qədər hədəflənən rəqəmə çatmaq üçün tələbə sayı xeyli artırılmalıdır.

 

Təhsil üzrə mütəxəssis vurğulayıb ki, plan yerlərinin hansı ixtisaslarda artırılacağı hələlik dəqiq bilinmir. Bu səbəbdən də keçid ballarının hansı ixtisaslarda və nə qədər enəcəyi də məlum deyil.

 

Ətraflı süjetdə:

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA