Tutanxamonun “lənəti”nin səbəbi

09:39 04-01-2024 | icon 244 | Maraqlı
Tutanxamonun “lənəti”nin səbəbi

Kəşfdə əli olanların mistik ölümlərinin sirri 100 il sonra açıldı

 

Təqribən yüz il əvvəl britaniyalı arxeoloqlar Tutanxamonun sarkofaqını kəşf ediblər.

 

Ancaq möhtəşəm elmi hadisəni “fironun lənəti” kimi tanınan mistik hadisələr izləyib. Belə ki, qəbrin açılmasında əli olan beş nəfər gözlənilmədən bir-birinin ardınca həyatla vidalaşıb.

 

Nəhayət, Mançester Universitetinin alimlər qrupu nə baş verdiyini öyrənə biliblər.

 

Elm adamları 1922-ci ildə Misir fironu Tutanxamonun məzarının tapılmasından sonra ölən beş nəfərin qalıqlarının DNT-sini təhlil ediblər və badyan bitkisinin tərkibində olan zəhərin izləri üzə çıxıb. Ehtimallara görə, tədqiqatçılar nəfəs alarkən min illər boyu qəbirdə qalan bitkinin sporlarını uda bilərdilər.

 

Məlumatda vurğulanıb ki, badyan ürəkbulanma, qusma, qıcolma və ölüm kimi müxtəlif simptomlara səbəb ola bilən zəhərli bir bitkidir.

 

Kəşf arxeoloqların qədim yerləri qazarkən üzləşdiyi təhlükələri vurğulayıb və belə şəraitdə işləyərkən təhlükəsizlik tədbirlərinə ehtiyac olduğunu aydın nümayiş edib.

 

Qeyd edək ki, Tutanxamonun qəbrinin açılmasında əli olanların həyatlarını itirməsi nəinki yerlilər, hətta tanınmış xadimlər tərəfindən “fironun lənəti” ilə əlaqələndirilib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR