Ermənistana və onun havadarlarına yerində verilmiş MESAJ

13:00 12-01-2024 | icon 795 | Siyasət
Ermənistana və onun havadarlarına yerində verilmiş MESAJ

Mahir Abbaszadə: “Fransanın bu çirkin addımı tək bir heykəl üzərindən nümayiş olunan aqressiya deyil”

 

“Möhtərəm Prezidentin yerli televiziyalara verdiyi müsahibə bir daha onu göstərir ki, Azərbaycan dövlətinin apardığı siyasət ardıcıldır, qətidir. Azərbaycan dövləti ərazi bütövlüyünün “yol xəritəsi”ndə, istər II Qarabağ müharibəsi, istərsə də antiterror tədbirlərindən sonra aparılan bütün əməliyyatlarda xalqının iradəsini ifadə edib”.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Mahir Abbaszadə ölkə başçısının yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibədə toxunduğu mühüm məqamlara diqqət çəkərkən bildirib.

 

M.Abbaszadə eyni zamanda qeyd edib ki, cənab İlham Əliyevin verdiyi anonslardan da görünür ki, 44 günlük vətən müharibəsindəki qələbəmizdən sonra Ermənistan tərəfi sülh müqaviləsini imzalamaqdan yayınmaq üçün bəhanələrini hələ də davam etdirir:

 

“Azərbaycan dövlətinin mövqeyi isə ondan ibarətdir ki, Ermənistan-Azərbaycan arasında sərhədlərin delimitasiya və demorkasiyası həyata keçirilməli, Zəngəzur dəhlizinin açılması sülh müqaviləsinin əsas predmetlərindən biri olmalıdır. Çünki sülh müqaviləsi imzalanırsa, deməli delimitasiya və demorkasiya məsələləri də müsbət nəticələnir, kommunikasiyaların, xüsusilə region üçün əhəmiyyətli olan Zəngəzur dəhlizinin açılması həyata keçirilir, dövlətlər bir-birinin ərazi bütövlüyünü tanıyır və beləliklə də regionda məsələlər özünün müsbət həllini tapır. Amma ötən zaman ərzində gördük ki, Ermənistan delimitasiya və demorkasiya məsələlərində bəhanələr gətirir. Xüsusilə, anklavlarla bağlı məsələdə cənab Prezidentin qeyd etdiyi kimi, Ermənistan tərəfi yekun fikir söyləyə bilmir. Ermənistan əvvəl Zəngəzur dəhlizinin açılması ilə bağlı müsbət fikirlər irəli sürürdüsə, görürük ki, yenə müxtəlif bəhanələrlə Zəngəzur dəhlizinin açılmasına qarşı bəhanələr irəli sürür. Ona görə də cənab Prezidentin "Əgər Zəngəzur dəhlizi açılmayacaqsa Ermənistanın blokadası davam edəcək, heç bir kommunikasiyaların açılmasından söhbət gedə bilməz” - fikirləri Ermənistana və onun havadarlarına yerində verilmiş bir mesajdır”.

 

M.Abbaszadə eyni zamanda Prezidentin öz müsahibəsində Fransada Xurşidbanu Natəvanın heykəlinə qarşı edilən təhqiramiz hərəkətlə bağlı toxunduğu məqama diqqət çəkib. Deputat bunu Fransanın özü üçün utancverici bir hadisə kimi dəyərləndirib:

 

“İndiki Fransa hakimiyyətinin Azərbaycana qarşı apardığı cılız, aqressiv siyasət görün hansı həddə çatıb ki, özünü dünyanın “mədəni irsinin qoruyucusu” kimi təqdim edən Fransada Xurşidbanu Natəvanın heykəlinə qarşı belə təhqiramiz hərəkətə yol verilib. Fransanın ədəbi, mədəni mühitimizə qarşı atdığı bu çirkin addımı təkcə bir heykəl üzərindən nümayiş olunan aqressiya deyil”.

 

M.Abbaszadə bu kimi bütün ədalətsiz və qərəzli yanaşmalara baxmayaraq Azərbaycanın Fransa kimi dövlətlərin cılız davranışlarına qətiyyətlə cavab verdiyini bəyan edib:

 

“Bu gün torpaqlar tamamilə işğaldan azad olunub. Cənab Prezidentin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə bərpa quruculuq işləri sürətlə davam edir. Bu onu göstərir ki, Azərbaycan dövlətinin apardığı siyasət ardıcıldır və xalqımız tərəfindən dəstəklənməkdədir.  Bütün bunlar imkan verəcək ki, Azərbaycanın gələcəkdə daha da güclənməsinin şahidi olaq”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...