Çinlilərin “Arşın mal alan” tamaşasını sevməsinin əsas SƏBƏBİ

07:59 07-01-2024 | icon 264 | Mədəniyyət
Çinlilərin “Arşın mal alan” tamaşasını sevməsinin əsas SƏBƏBİ

Görkəmli bəstəkarımız Üzeyir Hacıbəylinin əsərləri bir çox dünya ölkələrində səhnələşdirilir. “Arşın mal alan” tamaşasının şöhrəti isə daha böyükdür. Hətta Çində bu tamaşa öz ölkəsinin aktyorlarının ifasında nümayiş etdirilib.

 

Çinlilərin “Arşın mal alan” tamaşasını sevməsinin əsas səbəbi nədir?

 

Əməkdar İncəsənət xadimi Hafiz Quliyev bildirib ki, “Arşın mal alan” operettası dünyanın 90-dan çox ölkəsində səhnəyə qoyulub. Ən maraqla qarşılananı isə əlbəttə ki, Çin olub.

 

 

“Dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası dünyanın əksər ölkələrində nümayiş etdirilib. Bu filmin Çində məşhur olmasının isə maraqlı tarixçəsi var. 1945-ci ildə çəkilən “Arşın mal alan” filmi dünyanın 140 ölkəsində nümayiş olunur. Elə həmin ildə də filmi Çinin lideri Mal Tszedun izləyir. Film o qədər xoşuna gəlir ki, baş rol - Əsgər bəyi oynayan Rəşid Behbudovu Çinə dəvət edir. Filmin uğurunu görən Mal Tszedun həmin filmin Çin versiyasını çəkmək haqda göstəriş verir. 1952-ci ildə “Örtük altında məhəbbət” filmi ekranlara çıxır. Çində bu əsər əslində 1956-cı ildə səhnəyə qoyulmuşdu. Çin rejissoru tərəfindən. O vaxt bu tamaşa çox populyarlıq qazandı. Fikir də ordan yaranıb ki, bu əsər yenidən səhnələşdirilsin, bu dəfə də Azərbaycan rejissoru dəvət olunsun. Məni Çinə dəvət etdilər. 1956-cı ildə qoyulan tamaşanın bir neçə aktyoru hələ sağ idi. Biz tərcüməçi vasitəsilə məşqlər edirdik. Çox qəribədir, 21 yaşında çinli aktrisa Gülçöhrəni oynayırdı. Məşq edirdik, deyirdi ki, “olar qalıb iki-üç saat bir az da artıq məşq edək?”. Tamaşaya da vurğunluğu var idi. Çin teatr məktəbi tamam fərqlidir. Onlar simvollarla işləyirlər. Çin aktyorlarının bu tamaşaya, musiqiyə vurğunluğunu bir daha hiss etdim. Başqa tamaşaların məşqlərindən çıxıb bu tamaşanın məşqinə gəlirdilər. Bu musiqidə qəribə nəsə var ki, insanları özünə çəkir. Üzeyir Hacıbəyli Azərbaycan millətinin ruhunu gözəl bilirdi, o bu ruhu musiqiyə köçürə bilmişdi. Oturub məşq edirdik, birdən gördüm bir nəfər içəri girib dedi ki, “salam Rəşid Behbudov”. Hamı qalxdı ayağa, sən demə 1956-cı ildə baş rolu oynayan aktyor idi. Dedilər, biz sevindik ki, tamaşanı yenidən səhnələşdirirsiniz. Tamaşa Çin tərəfindən sonra Beynəlxalq festivallarda nümayiş etdirildi. Təəccüblüdür. Təkcə Pekində 70-80 teatr var, hər gün nə qədər tamaşa səhnələşdirilir, amma onlar festivala bu tamaşanı göndərdilər. Tamaşa onlara gəlir gətirdi, mənə zəng edib təşəkkür etdilər. Üzeyir Hacıbəylinin musiqisi bütün dünyanı zəbt edə bilir”, - deyə sənətçi bildirib. /Moderator.az/

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

Roza Zərgərlinin 12 min manatlıq TOYU

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR