Makron Fransasının ardınca Bayden Amerikası...
Aydın Quliyev: “Bu Hesabatda Azərbaycanla bağlı qərəzli və cinayətkar nəticəyə gəlinib”
“ABŞ Dövlət Departamentinin müvafiq komissiyasının dini azadlıqlarla bağlı dünya ölkələrində vəziyyət haqqında hesabatın Azərbacana aid olan hissəsi çox dərin təəssüf və təəccüb hissi doğurur. Çünki burada Azərbaycanın bu hesabatda göstərilənlərə uyğun olaraq dünyann çox uyğunsuz ölkələri, məsələn Şimali Koreya, Suriya və sair bəzi aktiv ölkələrlə eyniləşdirməsi olduqca uyğunsuz və qeyri-real bir nəticədir”.
Versus.Az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin müvafiq komissiyasının dini azadlıqlarla bağlı dünya ölkələrində vəziyyət haqqında hesabatına açıqlamasında politoloq Aydın Quliyev bildirib.
A.Quliyev qeyd edib ki, sözügedən hesabatla ilkin tanışlıq belə qənaət yaradır ki, sanki bu hesabatı Azərbaycana düşmən olan bir dövlətin paytaxtında, məsələn Yerəvanda hazırlayıblar:
“Çünki hesabatda Azərbaycanda dini azadlıqların vəziyyəti ilə bağlı əsasən həll olunmuş “Dağlıq Qarabağ” münaqişəsi fonunda təsvir olunur. Xüsusilə diqqət çəkən məqam ondan ibarətdir ki, Hesabatın müəllifləri 2023-cü ilin sentyabr aylarında antiterror tədbirindən sonra yaranmış vəziyyətə əsasən istinad edirlər. Erməniləri guya həm milli azlıq, həm də dini azlıq olaraq təqiblərə, təzyiqlərə məruz qaldıqlarına əsaslanaraq, çox yanlış, qərəzli və cinayətkar bir nəticəyə gəliblər. Halbuki onlar sentyabr ayında ermənilərin Qarabağdan Azərbaycan ərazisini könüllü olaraq tərk etməsi faktından əlavə, həm də bu bölgənin 30 ildən çox müddətdə Ermənistanın işğalı altında qalmasına və işğal rejimi dövründə burda ən azı 60-70 müsəlman məscidinin, tarix mədəniyyət abidələrinin məhv edilməsi, statusunun dəyişdirilməsi, fasadının dəyişdirilməsi və sair bu kimi hallarla bağlı cinayət əməllərinə üstünlük versəydilər, əsaslansaydılar daha doğru nəticəyə gəlib çıxa bilərdilər”.
A.Quliyevin fikrincə, Hesabat müəlliflərinin antiterror tədbirlərindən sonra Ermənistan hakimiyyətinin mütəşəkkil qaydada erməniləri Azərbaycandan aparmasını guya ermənilərin Azərbaycan tərəfindən dini və etnik zəmində təqib olunması kimi qələmə vermələri olduqca absurddur və qəti şəkildə qəbul oluna bilməz. Onun sözlərinə görə, burada dini və etnik milli azlıqlarla bağlı olmayan nüansların da əsas götürülməsi bu Hesabatın əhəmiyyətini sıfıra yendirir:
“Məsələn, Hesabatda siyasi məhbus deyilən müəyyən şəxslərin son vaxtlar Azərbaycanda konkret ittiham faktlarına görə həbs edilmiş müəyyən media rəhbərlərinin də gündəmə gətirilməsi bu hesabatın müəlliflərinin nə olursa olsun, Azərbaycana qarşı yeni-yeni ittiham “faktları” ortaya qoymaq niyyətlərindən xəbər verir. Onu da qeyd edim ki, Azərbaycanın bu gün tolerant bir ölkə olaraq dünyanın bütün dövlətləri tərəfindən tanınması, qəbul edilməsi də sanki bu Hesabat müəlliflərinin mövqeyinə təsir göstərmir. Bu da təbiidir. Çünki Hesabatın müəllifi uzun illər Amerika Erməni Assambleyasının rəhbərliyində çalışmış, sonradan Livanın, Los-Ancelisdə Baş Konsulluğunda işləmiş milliyyətcə erməni olan bir şəxsdir. Hansı ki, bu şəxs uzun illər həm Amerikanın özündə, həm də digər ölkələrində Ermənistanın erməni diasporalarının xeyrinə lobbiçilik fəaliyyəti göstərmiş və bütün fəaliyyəti, karyerası Azərbaycana və Türk Dünyasına qarşı qərəzli sənədlər hazırlamaqdan ibarət olan şəxsdir. Belə bir adamın qələmindən aydın məsələdir ki, nəinki obyektiv, hətta obyektivliyə yaxın bir sənədin çıxması belə, mümkünsüzdür. Ona görə də bu sənəd Amerika ilə Azərbaycanın reallığı əks etdirməməklə bərabər, eyni zamanda Amerika-Azərbaycan münasibətlərinə növbəti dəfə kölgə salmış olur”.
Politoloqun fikrincə, çox acınacaqlı hal odur ki, Amerikanın Dövlət katibi Antoni Blinken bu qərəzli Hesabatı Azərbaycanı Amerikanın nəzərində dini azadlıqların aşağı səviyyədə olduğu 12 ölkənin sırasına salmaq üçün əsasa çevrib:
“Bu da onu göstərir ki, Hesabatın erməni lobbisinin birbaşa əli ilə hazırlanmasına baxmayaraq, Amerika hakimiyyətində də ona dəstək verən şəxslər var. Çünki belə bir Hesabatın qərəzli olması sanki əsas deyilmiş. Yəni qərəzli olmasına əhəmiyyət vermədən götürüb Azərbaycanı dini azadlıqların aşağı səviyyədə olduğu 12 ölkənin sırasına yazmaq həm Azərbaycana dost olmayan bir münasibətin təzahürüdür, həm Azərbaycan-Amerika münasibətlərinə növbəti zərbədir, həm də Amerikanın dövlət siyasətinin növbəti dəfə erməni lobbisinin əlində oyuncağa çevrildiyini sübut edən bir faktdır. Cəsarətlə demək olar ki, Makron Fransasının ardınca Bayden Amerikası da Azərbaycana, onun maraqlarına münasibətdə erməni lobbisinin dalınca sürünməyə başlayıb. Bu, olduqca pis, bağışlanmaz və xoşagəlməz faktdır”.
Tahirə Qafarlı
**
Aydın Quliyev: “Makron Fransasının ardınca Bayden Amerikası da erməni lobbisinin dalınca sürünməyə başlayıb”
“Sanki bu hesabatı Azərbaycana düşmən olan Yerəvanda hazırlayıblar”
“ABŞ Dövlət Departamentinin müvafiq komissiyası çox yanlış, qərəzli və cinayətkar bir nəticəyə gəlib”
“ABŞ Dövlət Departamentinin müvafiq komissiyasının dini azadlıqlarla bağlı dünya ölkələrində vəziyyət haqqında hesabatın Azərbacana aid olan hissəsi çox dərin təəssüf və təəccüb hissi doğurur. Çünki burada Azərbaycanın bu hesabatda göstərilənlərə uyğun olaraq dünyann çox uyğunsuz ölkələri, məsələn Şimali Koreya, Suriya və sair bəzi aktiv ölkələrlə eyniləşdirməsi olduqca uyğunsuz və qeyri-real bir nəticədir”.
Bunu hafta.az-a ABŞ Dövlət Departamentinin müvafiq komissiyasının dini azadlıqlarla bağlı dünya ölkələrində vəziyyət haqqında hesabatına açıqlamasında politoloq Aydın Quliyev bildirib.
A.Quliyev qeyd edib ki, sözügedən hesabatla ilkin tanışlıq belə qənaət yaradır ki, sanki bu hesabatı Azərbaycana düşmən olan bir dövlətin paytaxtında, məsələn Yerəvanda hazırlayıblar:
“Çünki hesabatda Azərbaycanda dini azadlıqların vəziyyəti ilə bağlı əsasən həll olunmuş “Dağlıq Qarabağ” münaqişəsi fonunda təsvir olunur. Xüsusilə diqqət çəkən məqam ondan ibarətdir ki, Hesabatın müəllifləri 2023-cü ilin sentyabr aylarında antiterror tədbirindən sonra yaranmış vəziyyətə əsasən istinad edirlər. Erməniləri guya həm milli azlıq, həm də dini azlıq olaraq təqiblərə, təzyiqlərə məruz qaldıqlarına əsaslanaraq, çox yanlış, qərəzli və cinayətkar bir nəticəyə gəliblər. Halbuki onlar sentyabr ayında ermənilərin Qarabağdan Azərbaycan ərazisini könüllü olaraq tərk etməsi faktından əlavə, həm də bu bölgənin 30 ildən çox müddətdə Ermənistanın işğalı altında qalmasına və işğal rejimi dövründə burda ən azı 60-70 müsəlman məscidinin, tarix mədəniyyət abidələrinin məhv edilməsi, statusunun dəyişdirilməsi, fasadının dəyişdirilməsi və sair bu kimi hallarla bağlı cinayət əməllərinə üstünlük versəydilər, əsaslansaydılar daha doğru nəticəyə gəlib çıxa bilərdilər”.
A.Quliyevin fikrincə, Hesabat müəlliflərinin antiterror tədbirlərindən sonra Ermənistan hakimiyyətinin mütəşəkkil qaydada erməniləri Azərbaycandan aparmasını guya ermənilərin Azərbaycan tərəfindən dini və etnik zəmində təqib olunması kimi qələmə vermələri olduqca absurddur və qəti şəkildə qəbul oluna bilməz. Onun sözlərinə görə, burada dini və etnik milli azlıqlarla bağlı olmayan nüansların da əsas götürülməsi bu Hesabatın əhəmiyyətini sıfıra yendirir:
“Məsələn, Hesabatda siyasi məhbus deyilən müəyyən şəxslərin son vaxtlar Azərbaycanda konkret ittiham faktlarına görə həbs edilmiş müəyyən media rəhbərlərinin də gündəmə gətirilməsi bu hesabatın müəlliflərinin nə olursa olsun, Azərbaycana qarşı yeni-yeni ittiham “faktları” ortaya qoymaq niyyətlərindən xəbər verir. Onu da qeyd edim ki, Azərbaycanın bu gün tolerant bir ölkə olaraq dünyanın bütün dövlətləri tərəfindən tanınması, qəbul edilməsi də sanki bu Hesabat müəlliflərinin mövqeyinə təsir göstərmir. Bu da təbiidir. Çünki Hesabatın müəllifi uzun illər Amerika Erməni Assambleyasının rəhbərliyində çalışmış, sonradan Livanın, Los-Ancelisdə Baş Konsulluğunda işləmiş milliyyətcə erməni olan bir şəxsdir. Hansı ki, bu şəxs uzun illər həm Amerikanın özündə, həm də digər ölkələrində Ermənistanın erməni diasporalarının xeyrinə lobbiçilik fəaliyyəti göstərmiş və bütün fəaliyyəti, karyerası Azərbaycana və Türk Dünyasına qarşı qərəzli sənədlər hazırlamaqdan ibarət olan şəxsdir. Belə bir adamın qələmindən aydın məsələdir ki, nəinki obyektiv, hətta obyektivliyə yaxın bir sənədin çıxması belə, mümkünsüzdür. Ona görə də bu sənəd Amerika ilə Azərbaycanın reallığı əks etdirməməklə bərabər, eyni zamanda Amerika-Azərbaycan münasibətlərinə növbəti dəfə kölgə salmış olur”.
Politoloqun fikrincə, çox acınacaqlı hal odur ki, Amerikanın Dövlət katibi Antoni Blinken bu qərəzli Hesabatı Azərbaycanı Amerikanın nəzərində dini azadlıqların aşağı səviyyədə olduğu 12 ölkənin sırasına salmaq üçün əsasa çevrib:
“Bu da onu göstərir ki, Hesabatın erməni lobbisinin birbaşa əli ilə hazırlanmasına baxmayaraq, Amerika hakimiyyətində də ona dəstək verən şəxslər var. Çünki belə bir Hesabatın qərəzli olması sanki əsas deyilmiş. Yəni qərəzli olmasına əhəmiyyət vermədən götürüb Azərbaycanı dini azadlıqların aşağı səviyyədə olduğu 12 ölkənin sırasına yazmaq həm Azərbaycana dost olmayan bir münasibətin təzahürüdür, həm Azərbaycan-Amerika münasibətlərinə növbəti zərbədir, həm də Amerikanın dövlət siyasətinin növbəti dəfə erməni lobbisinin əlində oyuncağa çevrildiyini sübut edən bir faktdır. Cəsarətlə demək olar ki, Makron Fransasının ardınca Bayden Amerikası da Azərbaycana, onun maraqlarına münasibətdə erməni lobbisinin dalınca sürünməyə başlayıb. Bu, olduqca pis, bağışlanmaz və xoşagəlməz faktdır”.
T.Qafarlı
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"