ABŞ-ın qeyri-obyektiv hesabatına REAKSİYA

12:30 07-01-2024 | icon 624 | Siyasət
ABŞ-ın qeyri-obyektiv hesabatına REAKSİYA

Ramil Hüseynov: "Bu hesabat bəşəri ədalətə hörmətsizlikdir"

 

“ABŞ Dövlət Departamentinin bu bəyanatı bəşəri ədalətə həqarət, hörmətsizlikdir. Bu cür qeyri-ciddi hesabatların ABŞ tərəfindən açıqlanması təəssuf doğurur”.

 

Versus.Az xəbər verir ki, bunu Yeni Xətt Müstəqil Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov ABŞ Dövlət Departamentinin dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı hazırladığı hesabatında Azərbaycanı əsassız, qərəzli şəkildə ittiham etməsi ilə bağlı açıqlamasında bildirib.

 

R.Hüseynov qeyd edib ki, bu tip ölkələr və beynəlxalq təşkilatlar artıq öz siyasi amplualarını açığa çıxarmaqla reputasiyalarını qoruyub saxlaya bilmirlər

 

Mərkəz rəhbəri hesab edir ki, dünya hegemonlarından sayılan bir ölkənin statusuna yaraşmayan qeyri-obyektiv hesabatları qəbul olunmazdır:

 

“Azərbaycan multikulturalizm dəyərlərinə böyuk diqqət və qayğı ilə yanaşan, tolerant, dini etiqad və azadlıqlarına hörmət edən bir ölkədir. Biz bunu dəfələrlə öz siyasi addımlarımızla göstərmişik. Ölkədə bərabər şəkildə yaşayan çoxmillətli, çoxdinli vətəndaşlarımızın hüquqları onlara münasibət həmişə dövlətimizin siyasi konsepsiyasında önəmli rol oynayıb və bu belə də olacaq. Çünki biz uzun illərdir ki, bu cür yaşamağı qonaqpərvərliyimizlə, dəyərlərimizlə qoruyub saxlamışıq”.

 

R.Hüseynov Azərbaycana qarşı qərəzli hesabatın hazırlanmasında iştirak edən erməni dövlət komissiyasının rəhbəri Daniela Aşbaxyanla bağlı bir mühüm faktı da xatırladıb:

 

“Ermənistanın Azərbaycana qarşı işğal, soyqırımlar törətməsinə baxmayaraq, bu gün də erməni kilsəsi Bakının mərkəzində uzun illərdir qorunub saxlanır. Amma bizim bütün mədəni, dini və digər abidələrimiz erməni terrorçuları tərəfindən Qarabağda məhv edilib”.

 

R.Hüseynov bəyan edib ki, əgər bunu görmədən bizə bu münasibət sərgilənirsə, bu Azərbaycana ikili yanaşma və qərəzdən başqa bir şey deyil. Onun fikrincə, bütün bunlar ölkəmizə qarşı təzyiq və təsirlərin artırılması, beynəlxalq siyasi müstəvidə siyasi kursumuza diplomatk hücumların yeni mərhələsidir:

 

“Amma əbəsdir. Biz xalq olaraq dövlət olaraq öz ölkəmizin maraqlarının təmin olunması, dövlətin hüquq və mənafelərinin qorunması üçün irəli surdüyümüz siyasi xətti qoruyub saxlayaçağıq və ölkəmizi daha da güclü və müasir dünya reallıqlarına uyğunlaşdırmaq üçün diplomatk aktivliyimizi və çevikliyimizi böyuk və mütərəqqi düşüncəmizlə irəli aparacağıq”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...