Ötən il Təhsil İdarəsinə daxil olan müraciətlərin SAYI

13:30 07-01-2024 | icon 318 | Təhsil
Ötən il Təhsil İdarəsinə daxil olan müraciətlərin SAYI

2023-cü ilin dekabr ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 13 862 müraciət daxil olub.

 

Bu barədə BŞTİ-dən məlumat verilib. Bildirilib ki, daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.

 

Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 7 257 zəng, Vətəndaşların Qəbulu Mərkəzinə 3 147 müraciət daxil olub. BŞTİ-yə 3 083 sənəd (vətəndaşlar tərəfindən 1 169 ərizə, Elm və Təhsil Nazirliyindən 316, digər qurumlardan 335, tabelikdə olan təhsil müəssisələrindən 482 məktub və 781 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 375 elektron müraciətə baxılıb.

 

Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəqədər təhsil müəssisələrinə qəbul, eksternat qaydasında aralıq imtahanları, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul, şagird yerdəyişməsi və digər məsələləri əhatə edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq