Azərbaycan vətəndaşlarının vizasız gedə biləcəkləri ölkələrin SAYI

18:38 07-01-2024 | icon 246 | Cəmiyyət
Azərbaycan vətəndaşlarının vizasız gedə biləcəkləri ölkələrin SAYI

Dünya pasportlarının reytinqi siyahısında Azərbaycan 61-ci yerdə qərarlaşıb.

 

Versus.Az xəbər verir ki, bu barədə Kanadanın “Arton Capital” konsaltinq şirkətinin hesabatından aydın olur.

 

Reytinq pasport sahibinin vizasız səfər edə biləcəyi və gəliş zamanı viza ilə daxil ola biləcəyi ölkələrin sayına əsaslanır.

 

Beləliklə, aydın olub ki, respublikamızın vətəndaşları 32 ölkəyə vizasız gedə bilərlər, beş ölkəyə giriş üçün elektron icazə tələb olunur, digər 46 ölkədə isə onlar gələrkən viza ala bilərlər. 115 ölkədə əvvəlcədən viza tələb olunacaq.

 

Qeyd edək ki, reytinqin lideri BƏƏ pasportu olub, onun sahibləri 132 ölkəyə vizasız gedə, daha 48 ölkədə isə gəliş zamanı viza ala bilərlər. Yalnız 18 ölkədə müvəqqəti viza tələb olunacaq.

 

İkinci yeri Almaniya, İspaniya, Fransa, İtaliya və Niderland bölüşüblər. Onların vətəndaşları 20 ölkəyə səfər etmək üçün əvvəlcədən viza almalıdırlar. Üçüncü yerdə İsveç, Finlandiya, İsveçrə, Avstriya və Lüksemburqdur (21 ölkədə ilkin viza tələb olunur).

 

Qeyd edək ki, ölkəmiz 2022-ci ilin sonunda reytinqdə 62-ci yerdə olub.

 

Reytinqdə sonuncu, 97-ci yeri Suriya pasportu tutub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR