Azərbaycanlı rəssamın əsərləri Parisdə

09:09 08-01-2024 | icon 276 | Mədəniyyət
Azərbaycanlı rəssamın əsərləri Parisdə

Fransanın paytaxtı Parisdə Azərbaycan rəssamı, professor, Azərbaycan Respublikasının əməkdar rəssamı Adil Rüstəmovun əsərləri nümayiş olunur.

 

Versus.Az “Report”-a istinadən xəbər verir ki, Xəzər Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə baş tutan “Xəzər və Normandiya arasında rəssamın baxışları” adlı sərginin açılışında fransalı incəsənət ustaları, rəsm həvəskarları və digər şəxslər iştirak ediblər.

 

Sərgidə rəssamın vətəni Azərbaycana və ömrünün bir hissəsini yaşadığı Fransanın Normandiya regionuna həsr etdiyi əsərləri yer alıb. Rəssamın əl işlərindəki mövzu və üslub rəngarəngliyi qonaqların böyük marağına səbəb olub.

 

Qeyd edək ki, A.Rüstəmov 1965-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1973-cü ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1975-ci ildə Rəssamlar İttifaqına üzv qəbul edilib. Dəfələrlə ümumrespublika və beynəlxalq sərgilərdə iştirak edərək bir sıra mükafatlara layiq görülüb.

 

Sərgi yanvarın 15-dək davam edəcək.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

Roza Zərgərlinin 12 min manatlıq TOYU

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR