Prezidentliyə namizəd qara piarçıların HƏDƏFİNDƏDİR

22:10 09-01-2024 | icon 458 | Siyasət
Prezidentliyə namizəd qara piarçıların HƏDƏFİNDƏDİR

 

Sərvaz Əsgərli: "Partiyamızın sədrinə qarşı çirkin qaralama kampaniyası aparılır"

 
 

Xəbər verdiyimiz kimi, bu il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. Artıq namizədliyi Mərkəzi Seçki Komisiyası (MSK) tərəfindən qeyd alınan şəxslər var. Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayevin də namizədliyi qeyd alınıb. Deputata qarşı qara piar start götürüb.

 
 
Məsələ ilə bağlı Versus.Az-a danışan MCP İmişli rayon təşkilatının sədri Sərvaz Əsgərli hər şeyə rəğmən xalqımızın həmin gün öz müdrik, demokratik mövqeyini ortaya qoyacağına, ən layiqli namizədin yanında olacağına inandığını vurğulayıb.
 
 
 
 
S.Əsgərli təəssüf hissi ilə qeyd etdi ki, ölkəmiz, xalqımız üçün taleyüklü əhəmiyyət kəsb edən belə bir seçim ərəfəsində bir qrup insan sosial şəbəkələrdə siyasi savadsızlıq göstərərək prezidentliyə namizədlərə qarşı qarayaxma kampaniyasına başlayıb:
 
 
"Milli Cəbhə Partiyasının başqanı, deputat, prezidentliyə namizəd Razi Nurullayev də məhz belə qarafikirli, böhtançı insanların hədəfindədir. Unudurlar ki, Razi Nurullayev çoxsaylı seçiciləri, partiyadaşları olan, ümumən cəmiyyət tərəfindən dəstəklənən, olduqca vətənpərvər, dövlətçiliyə sədaqətli, həssas, fəal siyasi liderdir. Seçiciləri ona inanır. O, hər bir seçicisinin yanındadır".
 
 
Razi Nurullayevə qarşı sosial şəbəkələrdə aparılan çirkin qaralama kampaniyasını qətiyyətlə pislədiklərini vurğulayan S.Əsgərli bildirdi ki, belə hallar artıq cəmiyyətdə nüfuzunu itirmiş, böhtanla, qərəzlə silahlanmış insanların işidir:
 
 
 
"Onların qara niyyətləri istənilən halda gözlərində qalacaq. Belələri bilməlidir ki, qızılı örtsə də qara torpaqlar, yenə öz qiymətin özündə saxlar. Xalqın gözü tərəzidir, kimin kim olduğunu yaxşı bilir. Biz həqiqətin, aşkarlığın tərəfindəyik. Hər kəsi səbrli, təmkinli, müdrik və ədalətli olmağa səsləyirik. Hər işdə olduğu kimi, siyasi rəqabətdə də hər kəsə barış üçün üz saxlamağı arzulayırıq. Siyasi rəqiblərimizə məsləhət bilirik ki, üzünüzü qoruyun. Qorunmayan üzlərin suyla yuyulmadığını heç vaxt unutmayın".
 
 
LƏMAN
versus.az
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”