Azərbaycanın dünyanın silah bazarına çıxan YOL XƏRİTƏSİ

10:33 10-01-2024 | icon 493 | Siyasət
Azərbaycanın dünyanın silah bazarına çıxan YOL XƏRİTƏSİ

Məlumdur ki, Azərbaycan bu il yerli müdafiə sənayesinin inkişafı və silah istehsalına 600 milyon dollar, 1 milyard manat vəsait ayıracaq. Müdafiə sənayesinin inkişafı prosesində ölkəmizin hansı xətti götürəcəyi diqqət mərkəzindədir. Yeni geosyasi, geoiqtisadi, hərbi reallıqlar müstəvisində daxili silah istehsalına təlabat və təminatın neçə faiz təşkil etdiyi təhlil edilir, yeni hədəflər müəyyənləşdirilir. Əsas kurs dünyanın silah bazarında müşahidə olunan mövcud şəraiti uyğun hərəkət edərək, Azərbaycan məhsullarının da dünya silah bazarında yer almasını, ixracatçısı olmaq şansını, imkanlarını genişləndirməkdir.

 

Bu müstəvidə istənilən nəticəyə nail olmaq üçün hansı addımlar atılmalı, hansı məqamlara diqqət yetirilməlidir?

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə açıqlama verən siyasilər və hərbi ekspertlər mühüm nüanslara diqqət çəkiblər.

 

“Azərbaycan bunun öhtəsindən gəlmək iqtidarındadır və gələcək”

 

Deputat Arzu Nağıyev bildirib ki, Azərbaycanın İsrail, Türkiyə kimi dövlətlərlə, eləcə də dünyanın bir sıra aparıcı şirkətləri ilə silah-sursat müqavilələri var.

 

Onun sözlərinə görə, bu gün Azərbaycan hərbi sənaye kompleksini artırmaqla yanaşı silah ixracatında da öz rolunu almaq iqtidarındadır:

 

“Biz istehsal etdiyimiz silahlarla özümüz özümüzü təmin etməliyik. Çünki daxili imkanlarımz hesabına silahlanmaq bizə daha münbit imkanlar yaradacaq”.

 

Deputat bu gün dünyada silah ixracatında müəyyən bir boşluğun yarandığını qeyd edib. O, bunu ilk növbədə dünyanın bir sıra ölkələrinə silah ixarac edən Rusiyanın bu bazarı dayandırması ilə əlaqələndirib:

 

“Rusiya özü özünü təmin etmək üçün bir sıra ölkələrə olan silah ixracını dayandırıb. İstər ABŞ, istər digər Qərb dövlətləri birmənalı şəkildə istehsal etdiyi silahları əsasən Ukraynaya, son zamanlar da İsrailə yönəltməkdədir. Ona görə də bazarda silah ixracı ilə bağlı bir boşluq yaranıb. Belə bir vəziyyətdə Azərbaycan yaranan boşluğun müəyyən bir hissəsini doldura bilər. Buna potensialımız var və düşünürəm ki, qoyulan sərmayə də bu sahənin inkişafı üçün nəzərdə tutulmuşdur”.

 

A.Nağıyev bu gün Azərbaycanın özünün məhsulları ilə dünya silah bazarına çıxaraq getdikcə ixracatçı dövlətə çevrildiyini deyib:

 

“Bu, böyük silah satışı ilə məşğul olan dövlətlərlə müqayisədə böyük həcmli olmasa da, bütün hallarda bu bazarın bir oyunçusuna çevrilmək mühüm əhəmiyət kəsb edir. Azərbaycan bunun öhtəsindən gəlmək iqtidarındadır və gələcək”.

 

“Bu imkanlarımız inkişaf etdikcə, müdafiə sənayesinə olan diqqət də artacaq”

 

Hərbi ekspert Şair Ramaldanov yerli müdafiə sənayesinin inkişafını hər bir ölkənin iqtisadi potensialı və imkanları ilə əlaqələndirib. Onun sözlərinə görə, Azərbaycanın iqtisadi inkişafı və perspektivləri yerli müdafiə sənayesinin imkanlarının genişlənməsini təmin edən əsas faktordur.

 

Ekspert bildirib ki, Azərbaycanın yerli müdafiə sənayesinin inkişaf prosesi daim gündəmdədir. Getdikcə Azərbaycan müdafiə sənayesinin müəssisələri və orada istehsal olunan məhsulların çeşidləri artırılır. Bu gün ölkənin hərb sənayesində silah-sursatın və hərbi təyinatlı məhsulların istehsalı müasir tələblərə cavab verəcək şəkildə təmin olunur:

 

“İkinci Qarabağ savaşı zamanı Azərbaycan müdafiə sənayesinin ordumuzu təmin etməsndə rolu danılmazdır. Ordumuz qələbədən sonra döyüşlərdə istifadə olunan yerli məhsulların keyfiyyəti, təkmilləşdirilməsi baxımından böyük təcrübə qazanıb. Bu amil müdafiə sənayesininin bundan sonra hansı istiqamət üzrə inkişaf etdirilməsi ilə bağlı kursu bir daha müəyyən edib. Məhsulların keyfiyyəti, döyüşlər zamanı üzə çıxan nöqsanlar bir daha nəzərdən keçirilib və müdafiə sənayesinin gələcək fəaliyyətində öz əksini tapa biləcək qərarlar qəbul olunub”.

 

Ş.Ramaldanov qeyd edib ki, Azərbaycan müdafiə sənayesi ildən-ilə xaricdə və Azərbaycanın özündə keçirilən satış pavilyonlarda məhsullarınının çeşidlərinin sayının artırılması ilə diqqət çəkir:

 

“Bu gün Azərbaycanın müdafiə sənayesi artıq gəlir gətirən bir sənayedir. Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyevin artıq bu il üçün 600 milyon dollar və 1 milyard manat vəsait ayıracağı haqqında qərarı həm də Azərbaycan ordusunun hərbi məhsullarla təminatında müstəqilliyini artırır”.

 

Ekspert hesab edir ki, dünyada gedən proseslər, müharibələr hər bir dövlətin öz müdafiə sənayesinin inkişafını ordu quruculuğu ilə paralel inkişaf etdirilməsi faktorunu ortaya qoyur.

 

“Bu mənada Azərbaycan müdafiə sənayesi inkişaf etmiş ölkələrlə birgə hərbi məhsulların istehsalı ilə bağlı müəyyən qərarlar və sazişlər imzalayır. Azərbaycan qardaş Türkiyənin hərbi sənayesi ilə birlikdə müəyyən məhsulların istehsalında iştirak edir. Artıq Azərbaycan illərdir İsrail kimi hərbi sənaye kompleksi ilə birgə məhsullar istehsal edir”.

 

Ekspert qeyd edib ki, bu gün dünyada gedən geosiyasi proseslər, müharibələr fonunda silaha və hərbi təyinatlı məhsullara olan tələbat öyrənilir. Onun fikrincə, bu gün dünya silah bazarında müəyyən boşluqların olması Azərbaycan hərbi məhsullarının həmin bazarda yer tutması üçün fürsət yaradır və lazım olan tədbirlər görülür:

 

“Ümumilikdə, Azərbaycanın müdafiə sənayesi bütün istiqamətlərdə inkişaf edir. Bu gün Azərbaycanın hərbi müdafiə sənayesində çalışan kadrların hazırlığına böyük diqqət yetirilir.

Bu gün Azərbaycanın hərbi sənayesində intelektual yanaşma tələb edən müasir elektron, optik, pilotsuz uçuş aparatları və radio-elektron mübarizə vasitələrinin hazırlanması istiqaməti əsas götürülür. Bu gün biz hansısa ağır texnika istehsal etmirik. Lakin təyyarələrin istehsalında Türkiyə ilə Azərbaycanın birgə layihələri var. Ancaq istər Azərbaycanda olan başqa ölkələrdən alınan təyyarələrdə, istər zirehli texnikalarda, istər digər texniki vasitələrdə Azərbaycanda istehsal olunan müasir cihazların qurulması həmin o texnikanın imkanlarını və potensialı qat-qat artmağa imkan verir. Biz bunu artıq İkinci Qarabağ savaşında real şəkildə sınaqdan keçirmişik. Ona görə də Azərbaycan müdafiə sənayesi Ali Baş Komandanın daimi qayğı və diqqəti altında ildən-ilə artır. Hərbi müdafiə sənayesinin inkişafına ayrılan vəsait bu sahənin gələcək perspektivi, daha da inkişaf etməsi, dünyanın satış bazarında öz yerini tutmsı və genişləndirməsi baxımından böyük imkanar açacaq. Azərbaycanın iqtisadi və maliyyə imkanları inkişaf etdikcə, müdafiə sənayesinə olan diqqət də artacaq. Azərbaycan müdafiə sənayesi bundan sonra da öz hərbi məhsulları ilə həm Azərbaycan ordusunun təmnatı, həm də hərbi təyinatlı məhsulların dünya bazarında öz yerini tutmasına yeni imkanlar yaradacaq”.

 

“600 milyard dolarlıq böyük bir bazardan öz nəsibimizi götürməliyik”

 

Hərbi ekspert Ədalət Vəliyev bildirib ki, hazırda dünya silah bazarında daha çox idarə olunan artilleriya sursatlarına zərurət yaranb.

 

Onun sözlərinə görə bu, daha çox Rusiya-Ukrayna müharibəsi ilə əlaqədardər. Digər tərəfdən isə Avropa ölkələrinin bir çoxu özlərində olan arsenalların böyük bir hissəsini Ukraynaya ötürüblər:

 

“Ona görə də sursat arsenalında ciddi qıtlıq yaşanır. Bu qıtlığın aradan qaldırılmasında Azərbaycan şirkətləri aktiv olmalıdırlar.  Yerli istehsalımızı beynəlxalq və NATO standartları ilə uyğunlaşdırmaq və eyni zamanda da dünyanın silah bazarında mövcud olan 600 milyard dolarlıq böyük bir bazardan öz nəsibimizi götürməliyik”.

 

Ekspert Azərbaycanın müdafiə sənayesinin inkişafı üçün hər il böyük məbləğlər ayırdığını qeyd edib. Onun fikrincə, artıq bir çox silah sistemlərinin sursatları, mərmi və patronları yerli imkanlarla istehsal olunur. Digər tərəfdən bildirib ki, Azərbaycan yerli sənayenin Türkiyə ilə birgə müdafiə sənayesi məhsulları istehsalında da maraqlıdır:

 

“Bu istiqamətdə də bir neçə müəssisələr qurulub. Son quruln müəssisə partlayıcı maddələrin istehsalı ilə məşğul olacaq ki, bu da Azərbaycanın azad etdiyi ərazilərdə inşaat işlərində istifadə olunacaq qurğuların, partladıcıların yerli imkanlarla istehsalını təmin edəcək”. 

 

“Son qurulan müəssisə partlayıcı maddələrin istehsalı ilə məşğul olacaq ki…”

 

Hərbi ekspert Emin Həsənli bildirib ki, Azərbaycan Dövlət müdafiə sənayesinin inkişafı üçün hər il kifayət qədər böyqk vəsait ayrılır:

 

“Artıq bir çox silah sistemlərinin sursatları, mərmi və patronları yerli imkanlarla istehsal olunur. Digər tərəfdən Azərbaycan Türkiyə ilə birgə müdafiə sənayesinin inkişafında maraqıdır. Bu istiqamətdə də bir neçə müəssisələr qurulub. Son qurulan müəssisə partlayıcı maddələrin istehsalı ilə məşğul olacaq ki, bu da Azərbaycanın azad etdiyi tarixi ərazilərində inşa işlərində də istifadə olunacaq məhsulların, partladıcıların istehsalını yerli imkanlarla təmin edəcək”.

 

Azərbaycan öz istehsal potensilını artırdıqca, ixrac potensilalını da artıracaq”

 

Hərbi ekspert Ramin Məmmədov Azərbaycan müdafiə sənayesinin 2005-ci ildə yaranması ilə bağlı səslənən fikirlərə aydınlıq gətirib.

 

O, bildirib ki, 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyi yaranıb. Həmin vaxta qədər isə Azərbycanda müdafiə sənayesi müəssələri olub:

 

“Hətta II dünya müharibəsi dövründə və ondan sonra da həmin müəssiələr fəaliyyət gösərib. Sistemli, bir mərkəzdən idarə olunan və dünya bazarında mövqe tutmaq üçün yaradılan müdafiə sənayesi sektorunun olmadığını və 2005-ci ildə yaradılan Müdafiə Sənayesi Nazirliyinin dağınıq şəkildə fəaliyyət götərən hərbi müəssislərin inkişafına stimul verir”.

 

Ekspert ötən dövr ərzində Azərbaycan müdafiə sənayesi müəssisələrində ölkəmizin təlabatına uyğun olan məhsuların istehsal olunduğunu deyib:

 

“Bu müddət ərzində Azərbaycan məhdud imkanlarla böyük layihələrin həyata keçirilməsini reallaşdırıb. Bu layihələrdə kiçik çaplı atıcı silahların yaradılması, modernləşdirilməsi, yaradılarkən yeniləndirilməsi, konstruksiya edilməsini təşkil edib. Yəni tapanşa, avtomat, sinayper tüfəngləri, müxtəlif formada plamyotların istehsalı həyata keçirilib. Həmçinin, bu silahlar üçün patronarın, mərmilərin istehsal xətti qurulub, reallaşdırılırb. Eyni zamanda iri çaplı mərmilərin də istesalı həyata keçirilib. 120, 122, 125 152, 155 milli metrlik top mərmiləri, həmçinin minamyot mərmilərinin istühsalı reallaşdırılıb və bununla yanaşı zirehli texnikaların istehsalı və əsaslı təmiri, modernləşdirilməsi, istehsal xəttləri yaradılıb. Paralel olaraq döyüş aviasiya vasitələrinin əsaslı təmiri və modernləşməsi müəssiləri yaradılıb. Həmçinin pilotsuz uçuş aparatlarının yaradılması istiqamətində fundamental adımar atılıb ki, Azərbaycan bu sahədə post-sovet ölkələri sırasında ilk üçlükdə dayanlb”.

 

R.Məmmədov hesab edir ki, bu günkü şərtlər, çağırışlar fərqlidir. Onun fikrincə, Azərbaycan ordusunun sadalanan məhsullarla təmin edilməsi mühüm faktor olsa da, əsas problem bu məhsulların yaradılmas prosesində xammalla bağlı ola bilər.

 

Ekspert “məhduf imkanlar” dedikdə xammalla bağl müəyyən problemlərin olmasını nəzərdə tutduğunu bildirib. Bununla belə hesab edir ki, bu təbiidir. Çünki dünyanın ən inkişaf etmiş ölkələrində belə xammalın alınmasında problemlər var:

 

“Azərbaycan müdafiə sənayesi bunun da öhtəsindən gələ bilir. Azərbayacan ordusunun istifadəsində olan silahların neçə faizi yerli istehsala bağlıdır. Bununla bağlı birmənalı fikir söyləmək mümkün deyil. Çünki Azərbaycan ordusu müxtəlif təyinatlı silahlardan istifadə edir. Yəni zenit raket kompleksləri, taktik raket kompleksləri, reaktiv yaylım sistemləri və sair, müasir, modern texnologiyalardaan istfad olunur. Bunların böyük əksəriyyətinin Azərbaycanda istehsalından danışmaq çox tezdir. Bunun üçün böyük addımlar atılmalıdır. Amma çox vacib istifadəyə ehtiyacı olan məhsulların istehsalı həyata keçirilir. Azərbaycan Müdafiə Sənayesi kompleksi davamlı inkişafını həyata keçirdir. Buna görə də ölkə başçısının tapşırığı ilə Müdafiə Sənayesinin inkişafına 1 milyard manat əlavə vəsait xərclənəcək. Bu da yeni istehsal xəttinin formalaşmasına sərf olunacaq”.

 

R.Məmmədov müşahidə və təhlillərə istinad edərək, bu gün Azərbaycan müdafiə sənayesi sektorunda əsas gücün müasir, rəqəmsal texnologiylar əsasında yaradılan məhsuillara verildiyini deyib. O, həmçininn həmin məhsulların yaradılması ilə bağlı xammal müəssislərin formalaşmasına diqqət veriləcəyini deyib:

 

“Ən əsası odur ki, Azərbaycan öz istehsal potensilıını artırdıqca, ixrac potensilalını da artıracaq. Bu gün dünyada baş verən proseslər bunu deməyə imkan verir dünyanın ən güclü oyunçularından olan Rusiya bu sahəyə müəyyən məhdudiyyətlər tətbiq edib, silah bazarına məhsulların ixracını dayandırıb. ABŞ bu istiqamətdə bütün təlabatları ödəyə bilməz. Hər bir halda Azərbaycan müdafiə sənayesi var və yeni məhsullar yaradılər, mövcud məhsulların istehsal xətti geniuşlənir. Bu, Müdafiə Sənayesində imkanların genişlənməsinə səbəb olacaq”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq