Sülh müqaviləsi - HARDA və NƏ ZAMAN

12:24 10-01-2024 | icon 350 | Siyasət
Sülh müqaviləsi - HARDA və NƏ ZAMAN

“Bütün hallarda detalları nəzərə alıb addımlarımızı atmalıyıq”

 

Regionun geosiyasi mənzərəsi dəyişib. Torpaqları işğaldan azad edən Azərbaycan Cənubi Qafqazda yaratdığı yeni reallıqlar fonunda işğalçı Ermənistanı sülhə məcbur etmə siyasətini davam edir. İkitərəfli danışıqlar davam edir və bu il qısa zamanda sazişin imzalanacağı ehtimalı önə çəkilir. Eyni zamanda sülh sazişinin harda imzalanacağı üzərində təhlillər aparılır. Ehtimallar sülhün imzalanacağı məkanlara yönəlib: Vaşinqton, Brüssel, Moskva, İstanbul, Tbilisi, Tehran, yoxsa, iki ölkənin sərhədi?

 

Maraqlıdır, bu mərkəzlər nəyə görə sülh sazişinin məhz onların paytaxtlarında imzalanmasını istəyirlər?

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə təhlilər aparan siyasi ekspertlər mühüm məqamlara toxunublar.

 

“2024-cü ilin sülh ili olacağı gümanı üçün kifayət qədər ümid yaranıb”

 

Siyasi şərhçi Qulamhüseyn Əlibəyli bildirib ki, Ermənistanla sülh sazişinin imzalanması üçün Azərbaycan tərəfindən heç bir maneə yoxdur.

 

Ekspert qeyd edib ki, Ermənistan uzun müddət Rusiyanın, Fransanın və digər Qərb ölkələrinin təzyiqi ilə müxtəlif bəhanələrlə sülh sazişinin imzalanmasından yayınaraq vaxt qazanmağa çalışıb:

 

“Bir sıra Qərb dövlətlərinin Ermənistandakı revanşist qüvvələri dəstəkləməsi və bununla da sülh prosesinə maneə olmaqla regionda təsir imkanlarını genişləndirməyə cəhd göstərməsi inkarolunmaz faktdır. Azərbaycan dəfələrlə Ermənistanla birbaşa ikitərəfli danışıqlara üstünlük verdiyini bidirib. Hazırda sülh sazişinin mətni üzərində işin birbaşa olaraq iki dövlət arasında aparılması 2024-cü ilin sülh ili olacağını güman etmək üçün kifayət qədər ümidlər yaradır. Lakin prosesin tez bir zamanda başa çatacağını təsdiq etmək olmaz. Ermənistan dəfələrlə oldüğü kimi Rusiyanın və Qərb dövlətlərinin təzyiqi ilə sülhdən növbəti dəfə yayınmaq üçün müxtəlif bəhanələr uydura bilər. Azərbaycan tərəfi dəfələrlə bildirib ki, danışıqların hansı məkanda getməsini və sülh sazışının harada imzalanmasını əhəmiyyətli amil hesab etmir. Əsas məsələ odur ki, danışıqlar konkret nəticə ilə yekunlaşsın”.

 

Q.Əlibəyli hesab edir ki, sülh sazişinin Gürcüstanda və ya Azərbaycan-Ermənistan sərhəddində yerləşən məkanların birində imzalanması daha məqsədəuyğun olardı.

 

“Bu ölkələrin eqosunu sığallamaq üçün müqavilələr müxtəlif yerlərdə imzalana bilər"

 

Politoloq Natiq Cəfərli bildirib ki, bu il süıh müqaviləsinin müəyyən pratakollarının imzalanması mümkündür.

 

Onun fikrincə, bir çox ölkələr, o cümlədən Avropa ölkələri, Vaşinqton, Moskva sülh müqaviləsinin öz ərazilərində imzalanmasında ona görə maraqlıdırlar ki, söz sahibi olduqlarını sübut eləsinlər:

 

“Bu əslində sülh prosesinə maneə olan faktora çevrilir. Çünki bu ölklər arasındakı rəqabət sülh danışıqlarının uzanmasına səbəb olur”.

 

Ekspert hesab edir ki, bu il sülh müqaviləsi deyil, bir neçə sənədlərin imzalanması mümkündür:

 

“Bu ölkələrin eqosunu sığallamaq üçün müqavilələr müxtəlif yerlərdə imzalana bilər".

  

“Sülh müqaviləsinin nə vaxt imzalanması Ermənistanın məsələyə konstruktiv yanaşması və…”

 

Deputat Aydın Mirzəzadə Azərbaycanla yanaşı, indi Ermənistanın da sülh müqaviləsini imzalamaq istədiyini qeyd edib.

 

Deputat eyni zamanda Azərbaycanla Ermənistanın yanaşması arasında olan fərqi önə çəkib:

 

“Azərbaycan səmimi şəkildə qonşu Ermənistanla normal qonşuluq münasibətləri qurmaq, eləcə də bundan sonra iki dövlət arasında hər hansı bir münaqişənin olmamasını arzulayır. Və bu istiqamətdə addımlar atır. Ermənistan isə sözdə Azərbaycanla sülh müqaviləsinin imzalanmasını istəsə də, vaxtaşırı Azərbaycanın daxili işlərinə qarışacaq bəyanatlar verir, Azərbaycanı nədəsə ittiham edir və gələcək sülh sazişinə Azərbaycanın suvereniyinə, dövlət müstəqilliyinə zidd olan maddələr artırılmasına çalışır. Eyni zamanda Azərbaycanın bu hissəsi ilə Naxçıvan bölgəsi arasında kominikasiyanın yaradılmasına ciddi əngəllər törədir. Yəni sülh müqaviləsində sonradan narazılıq doğuran hansısa bir bənd olmamalıdır, bütün məsələlər əvvəldən razılaşdırılmalıdır. Bu baxımdan sülh müqaviləsinin nə vaxt imzalanması Ermənistanın məsələyə konstruktiv yanaşmasından, Azərbaycanla doğrudan da beynəlxalq hüquq normalarına uyğun prinsiplər əsasında yaşamaq istəyindən asılıdır. Bunu isə gələcək göstərəcək”.

 

A.Mirzəzadə bildirib ki, ortada olan reallıq ondan ibarətdir ki, sülh müqaviləsi Ermənistana daha çox lazımdır, nəinki Azərbaycana:

 

“Azərbacan bu gün beynəlxalq hüquqda böyük nüfuza malikdir, Azərbaycan öz daxili məsələlərini kənardan hərhansı bir yardım olmadan həll edə bilir. Amma bütün bunları Ermənistan haqqında danışmaq olmaz. Əhalisi miqrasiya edir, hər hansı bir inkişafdan söhbət getmir, daima başqa dövlətlərin istəklərini regionda həyata keçirən bir dövlət imici qazanıbdır”.

 

A.Mirzəzadə hesab edir ki, sülh müqaviləsinin harda imzalanmasının heç bir əhəmiyyəti yoxdur:

 

“Düzdür, dünyanın bütün güc mərkəzləri müqavilənin onların paytaxtlarında imzalanması ilə bu məsələnin həllində böyük rol oynadıqlarını göstərməyə çalışırlar. Azərbaycan problemin həllinə dəstək verən bütün ölkələrə və beynəlxalq təşkilatlara minnətdardır. Ümumilikdə isə qeyd etdiyim kimi, elə də bir əhəmiyyəti yoxdur. Mənim fikrimcə, sülh müqaviləsi elə BMT iqamətgahında imzalansa daha düzgün olardı”.

 

“Bu il artıq sülh müqaviləsi bağlanacaqdır”

 

Deputat Fazil Mustafa hesa edir ki, məsələ yekunlaşmaq üzrədir.

 

F.Mustafanın fikrincə, bu il artıq sülh müqaviləsi bağlanacaqdır. Amma bunun iki ölkənin sərhədində olması daha məqbuldur. Biz buna daha çox çalışmalıyıq. Çünki bir-biri ilə ziddiyyətdə olan dövlətlərin bu işi pozacağını indidən proqnozlaşdırmaq olar.

 

Deputat bildirib ki, iki ölkənin razılığa gəlməsi problemin həlli daha optimal yoldur:

 

“Yəqin ki, bu yol da seçiləcək. Çünki Ermənistanın özünə də bu sərf eliyir. Hər halda əgər bu iki ölkə arasında razılığın həlli mümkün olmasa bizim üçün ən məqbul variant İstanbul variantıdır. Çünki İstanbul variantı daha çox məqbul variantdır ki, bizim Ermənistanla sülhün həm də Türkiyə ilə Ermənistan arasında bir sülhün bağlanması deməkdir. Bu üç ölkənin bir-birinə yaxın şəraitdə bunu etməsi vacibdir. Təbbi ki, burada İranın da müəyyən mövqelərinin təsiredici olduğunu da düşünməliyik. Hər halda İran daha çox maneedici bir istiqamət seçəcək. Biz isə bütün hallarda bütün detalları nəzərə alıb addımlarımızı atmalıyıq”.

 

 

“Bu il sülh müqaviləsi bağlana bilər”

 

 

Politoloq Məhəmməd Əsədullazadə Azərbaycanla Ermənistan arasında sülh istiqamətində uzun bir yolu qəth edib.

 

Onun fikrincə, sülh müqaviləsinin demək olar ki, 70 faizi razılaşdırılıb:

 

“Delimitasiya və demarkasiya, Zəngəzur dəhlizi məsələsi, ermənilərin Qarabağa qayıtması kimi məsələlər var ki, bu sülhə maneə yaradan səbəblər kimi önə çəkilir. Bu məsələlər sülh müqaviləsindən çıxarılır. Düşünürəm ki, bu il sülh müqaviləsi bağlana bilər. Ermənistandan da bu yöndə müsbət açıqlamalar eşidirik. Hesab edirəm ki, hər iki tərəfin artıq siyasi iradəsi var, tərəflər ikitərəfli danışıqlarda maraqlıdırlar”.

 

M.Əsədullazadə hesab edir ki, sülh müqaviləsinin bağlanması nə Moskvada, nə Brüseldə, nə də Vaşinqtonda deyil. Onun fikrincə, Azərbaycan tərəfi heç bir mərkəzi qəbul etməməlidir. Çünki tərəflər bir-birinə ziddir, düşmən münasibət sərgiləyirlər. Azərbaycan Rusiya ilə sərhəddir, Qərblə tərəfdaşlıq istiqamətində əməkdaşlığını davam etdirir:

 

“Ona görə də Azərbaycan hər iki tərəfi küsdürməmək üçün öz siyasətini rəhbər tutacaq. Azərbaycan Tiflisdə sülh müqaviləsinin bağlanmasında maraqlıdır. Əlbəttə, tərəflər çalışır ki, öz moderatorluğu ilə sülh müqaviləsi bağlansın və Cənubi Qafqazla mövqeləri dinlədilsin, öz maraqlarını təmin etsin, Rusiya da, Avropa İttifaqı da ABŞ da. Ona görə də Azərbaycan artıq belə təşəbbüsləri qəbul eləmir. Çünki əlavə problemlərə gətirib çıxara bilər. Ən optimal variant Tiflislə sərhəddə sülh müqaviləsinin bağlanmasıdır”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR