Fuad Əliyev MHB-dəki vəzifəsini DONDURDU

13:03 10-01-2024 | icon 398 | Cəmiyyət
Fuad Əliyev MHB-dəki vəzifəsini DONDURDU

Azərbaycan Respublikası prezidentliyinə namizədliyi qeydə alınan Fuad Əliyev Müstəqil Həmkarlar Birliyinin (MHB) sədrliyi vəzifəsinin icrasını dayandırıb.

 

Versus.Az xəbər verir ki, bu barədə Seçki Qərargahının rəhbəri Xəzər Teyyublu bildirib.

 

X.Teyyublu qeyd edib ki, 09 yanvar 2024-cü il tarixli qərarı ilə 2024-cü il fevralın 7-nə təyin edilən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi öz təşəbbüsü ilə irəli sürülən Əliyev Fuad Ağasi oğlu namizəd kimi qeydə alınıb.

 

10 yanvar 2024-cü il tarixindən Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 69.2-ci maddəsinin tələbinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi qeydə alınan Fuad Ağasi oğlu Əliyev Müstəqil Həmkarlar Birliyin İdarə Heyətinin sədri vəzifəsi üzrə xidməti vəzifələrinin icrası ödənişsiz məzuniyyətə göndərilməklə müvəqqəti dayandırıb.

 

Fuad Əliyev Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 70.1-ci maddəsinə əsaslanaraq və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 130-cu maddəsinə uyğun olaraq qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək ərizəsində göstərilən müddət üzrə ödənişsiz məzuniyyət götürüb.

 

Müstəqil Həmkarlar Birliyin İdarə Heyətinin qərarına görə sədr müavini Əhməd Rəhmanov seçki müddətində sədrin səlahiyyətlərini həyata keçirəcək.

 

AYSEL
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR