Muzeydə Polşa səfiri ilə GÖRÜŞ

15:59 11-01-2024 | icon 319 | Cəmiyyət
Muzeydə Polşa səfiri ilə GÖRÜŞ

Milli Azərbaycan Tarixi Muzeyində muzeyin direktoru, akademik Nailə Vəlixanlı ilə Polşa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Rafal Poborski arasında görüş baş tutub.

 

Versus.Az xəbər verir ki, görüşdə Polşanın Azərbaycandakı tarixi irsi, Azərbaycan-Polşa mədəni, tarixi əlaqələri və Polşa tərəfi ilə Muzey arasında səmərəli əməkdaşlıq layihələri haqqında danışıqlar aparılıb.

 

Hər iki tərəf arasında gedən səmimi və işgüzar söhbətdən sonra cənab Səfir polşalı memar İosif Qoslavskinin layihələndirdiyi binada fəaliyyət göstərən məşhur xeyriyyəçi H.Z.Tağıyevin ev-muzeyini ziyarət edib. Muzeydən xoş təəssüratlarla ayrılan qonaqlara muzeyin dəyərli eksponatları əsasında hazırlanmış nəşrləri hədiyyə olunub və xatirə fotosu çəkilib.

 

 

Ayəndə Dadaşova
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR