Azərbaycana qarşı qərəzli davranışlara müsahibə ilə verilən CAVAB

17:34 11-01-2024 | icon 463 | Siyasət
Azərbaycana qarşı qərəzli davranışlara müsahibə ilə verilən CAVAB

Könül İsmayılova: “Sülh danışıqlarında olan maneələr geridə qalacaq”

 

“Cənab prezident yerli televiziya kanallarına verdiyi müsahibəsində Ermənistanla Azərbaycan arasında sülh müqaviləsindən danışdı. Eyni zamanda, Azərbaycana qarşı qərəzli davranış sərgiləyən dövlətlərə mesajlarını da verdi”.

 

Versus.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibəsini şərh edən Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Hyətinin üzvü Könül İsmaylova deyib.

 

 

K.İsmayılova bildirdi ki, ölkə başçısının hər bir suala verdiyi cavabda xeyli diqqətçəkən məqamlar var. Onun sözlərinə görə, 2024-cü ilin ilk ayında belə bir müsahibə tam mənası ilə yerinə düşdü:

 

“Ümumiyyətlə, 2023-cü ildə keçirilən lokal xarakterli antiterror tədbirləri, Xankəndidə, Xocalıda qaldırılan Azərbaycan bayraqlarının dalğalanması ardıncadən cənab İlham Əliyevin bu son müsahibəsi gözlənilən idi və bu müsahibədəki mesajlar heç şübhəsiz ki, ünvanına çatmışdır. Prezidentin sülh müqaviləsi ilə bağlı açıqlamalarındakı mesajlar da sülh danışıqlarının ikitərəfli olacağı əndişəsini yaşayanlara cavab idi”.

 

2024-cü ilin sülh ili kimi yadda qalacağına əminliyini vurğulayan Könül xanım vurğuladı ki, sülh müqaviləsində fikir ayrılığı yaşanan və uzlaşmanın əldə edilmədiyi maddələr var və prosesi ləngidən də məhz budur:

 

“Prosesin ləngiməsi dövlət olaraq maraqlarımıza uyğun deyil. Yəni cənab Prezidentin də qeyd etdiyi kimi - “Ermənistan istəyir ki, bu sülh müqaviləsinin zəmanətçiləri olsun. Biz hesab edirik ki, buna heç bir ehtiyac yoxdur. Bu, iki suveren dövlət arasında imzalanacaq sülh müqaviləsidir. Biz orada heç bir zəmanətçilərə ehtiyac duymuruq və əgər bu, ikitərəfli formatda imzalanacaqsa, imzalanmalıdır. Onu da qeyd etmək yerinə düşər ki, Avropa İttifaqı, ABŞ və Rusiya ayrı-ayrılıqda sülhün öz platformasında imzalanmasını istəyir. Burdan başa düşülür ki, hər zaman bir başqa dpvlətin necə deəyrlər qanadları altında yaşamağa məhkum olan Ermənistan hələ də bu güclər arasında seçimdə qalıb. Və Azərbaycanın şərtləri əsasında müqaviləni imzalamayacağı təqdirdə Ermənistanın daim məngənədə qalacağı şübhəsizdir”.

 

K.İsmayılovanın fikrincə, əslində Ermənistan ikitərəfli danışıqlarda maraqlıdır, sadəcə olaraq güc dövlətlərindən sözün əsl mənasında canını qurtara bilmir:

 

“Düşünürəm ki, Ermənistanla Azərbaycan ikilikdə razılığa gəlməsə sülh danışıqları dayandırılacaq. Azərbaycan sülh danışıqlarının vasitəçilər olmadan imzalanmasını dəstəkləyir və bu mövqeyi dəyişməzdir. Ermənistan da özünü buna hazır görməklə yanaşı suveren ölkə olmaq istəyirsə, sülh danışıqlarında olan maneələr geridə qalacaq”.

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

Məktəblərarası biologiya yarışması keçirilib

İqtisadi tarazlıq nə zaman pozulur?

Hüquqi şəxslərə dair yeni tələb müəyyənləşir

Ögey anadan ŞOK ƏMƏL

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI