Prezidentin “Bizə zəmanətçi lazım deyil” MESAJI

18:20 11-01-2024 | icon 298 | Siyasət
Prezidentin “Bizə zəmanətçi lazım deyil” MESAJI

Elşad Mirbəşir: “Bu, Azərbaycana qarşı qərəzli mövqeyə verilən növbəti cavabdır”

 

Məlum olduğu kimi, Azərbaycan-Ermənistan arasında gözlənilən sülh müqaviləsinin real şəraitə uyğun imzalanma ehtimalının yüksək olduğu bir daha Prezident kürsüsündən bəyan edildi. Azərbaycan Prezidentinin yerli televiziyalara müsahibədə region, sülh müqaviləsi, Zəngəzur dəhlizi və sair məsələlərlə bağlı önə çəkdiyi mühüm məqamlar sırasında Sülh müqaviləsi bağlana bilər, bunun üçün real şərait yaradılıb. Danışıqlar ikitərəfli formatda olmalıdır, bizə zəmanətçi lazım deyil” fikirləri vasitəçi kimi regiona sırınmağa çağışan böyük güc dövlətlərinə növbəti kəskin mesajını vermis oldu.

 

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşavirinin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda görüşünü təşkil etmək üçün bölgəyə səfəri ərəfəsində Prezidentin müsahibədə - “Bizə zəmanətçi lazım deyil” mesajını verməsi təsadüfi ola bilməz.

 

Prezidentin bu çıxışı ABŞ və digər güc dövlətlərinin Azərbaycana qarşı mövqeyinə nə dərəcədə adekvatdır... 

 

Deputat Elşad Mirbəşir açıqlamasında bildirib ki, istər ABŞ, istər Fransa, eləcə də digər Qərb dövlətləri Azərbaycan-Ermənstan münasibətlərinin normallaşdırılması məsələsini özünün geosiayasi mübarizəsinin predmetinə çevirmək istəyir. Bu da bütövlükdə regiondakı vəziyyətə xələl gətirə bilər. Onun fikrincə, Prezidentin müsahibədə toxunduğu məqamlar və xüsusilə də “bizə zəmanətçilər lazım deyil” deməsi, bu dövlətlərin Azərbaycana qarşı sərgilədiyi qərəzli mövqeyə verilən növbəti cavabdır.

 

Deputat bildirib ki, Fransanın, xüsusilə də ABŞ-ın son dövrlərdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində təşəbbüsü ələ alması cəhdləri regional bağlı geosiyasi maraqlarından irəli gəlir. O, konkret son vaxtlar ABŞ-ın daha çox vasitəçiliyi ələ keçirmək cəhdlərini önə çəkməklə, bu dövlətin heç bir alt məqsəd güdmədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında maraqlı olduğunu düşünməyi yanlış sayıb:

 

“ABŞ-ın sərgiləmiş olduğu mövqelər hər zaman qərəzli olması ilə seçilib. ABŞ Cənubi Qafqaz regionunda səmimiyyətlə sülhün tərəfdarı olsaydı, 1992-ci ildə Azərbaycan xalqına qarşı terror aktlarını həyata keçirmiş, həmin dövrdə torpaqlarımızı işğal edən Ermənistana qarşı 907-ci düzəlişi qəbul edərdi. Lakin həmin düzəliş Azərbycana qarşı tətbiq edildi. 907-ci düzəliş olduqca ədalətsiz və qərəzli idi. Bu Ermənistanın özünü daha da cəzasızlıq şəraitində hiss etməyə və Azərbaycanın yeni ərazilərini işğal etməyə sövq etdi. Eləcə də, Azərbaycan öz tarixi torpaqlarını işğaldan azad edən zaman ABŞ başda olmaqla bir sıra qərb dövlətləri ölkəmizə qarşı qərəzli siyasi mövqelər formalaşdırmağa cəhdlər edirdilər. Ötən ilin oktyabr ayında O.Braynın Azərbaycanın əleyhinə səsləndirdiyi fikirləri də yaxşı xatırlayırıq. Azərbaycana qarşı işğal siyasəti yeridən, regionda terrorizmi dövlət siyasəti səviyyəsinə qaldıran Ermənistanın olduqca haqsız iddialarına, tələblərinə görə ciddi, hər zaman ədalətli, haqlı mövqedə dayanan Azərbaycanla əməkdaşlığı dayandırmaq ABŞ-a sərfəli deyil”.

 

E.Mirbəşir hesab edir ki, bütün bunlar ABŞ-ın Ermənistan-Azərbaycan arasında sülhyaratma mövqeyində səmimi olmadığını göstərir. Onun fikrincə, ABŞ nümayəndəsinin Ermənistana səfəri və Vaşinqtonun vasitəçiliyini qabartmaq cəhdləri bunu sübut edir. Deputat Ermənistanda Luis Bona ilə görüşən Armen Qirqoryanın əsas müzakirələrin məhz Vaşinqtonda keçirlən növbəti görüşlərin ətrafında aparılmalı olduğunu bildirməsi də birmənalı deyil.

 

E.Mirbəşir bütün bunlarla yanaşı, ABŞ-ın Ermənistandakı səfirliyinin də Azərbaycana qarşı qərəzli mövqe sərgilədiyini, Azərbaycan qoşunlarını geri çəkməyə çağırışlar etməsini bir daha xatırladıb:

 

“Sual olunur: Azərbaycan öz qoşunlarını öz ərazilərindən hara çəkməlidir. Bütün bunlar onu göstərir ki, ABŞ səfirliyi təkcə Ermənistanla ABŞ arasında münasibətlərin tənzimlənməsi üçün deyil. 9 hektar ərazidə yerləşən səfirliyin əməkdaşlarının sayı 2500-ə qədərdir. Bu qədər əməkdaşın Ermənistanla ABŞ arasında hansı diplomatik missiyanı yerinə yetirdiyi də çox şübhəlidir. Ermənistanda təxminən 3 milyon insan yaşayır. ABŞ səfirliyinin əməkdaşlarının sayına baxsaq, onda təxminən 1200, 1300 erməniyə ABŞ-ın Ermənistandakı səfirliyinin bir əməkdaşı düşür. Bu da 1961-ci ildə qəbul edilmiş Viyana konvensiyasına ziddir”.

 

Deputat bütün bunların ABŞ və digər Avropa Qərb dövlətlərinin Azərbaycana qarşı qərəzli davranışının sübutu və ölkə başçısının öz müsahibəsində bu faktorlara qarşı qəti, adekvat reaksiyası kimi meydana çıxan məqamlar kimi dəyərləndirib:

 

“Konkret ABŞ Azərbaycanı dini etiqad azalığının pozulduğu müşahidə altına alınan ölkələr siyahısına salıb. ABŞ bu məsələdə də aşkar qərəz nümayiş etdirib. Ermənistan 30 il torpaqları işğal altında saxladı və həmin müddət ərzində həmin ərazilərdə 65 məsciddən 63-ü tamamilə dağıdıldı. Azərbaycanın tarixi torpaqları olan indki Ermənistanın ərazisində 310-dan artıq məscid mövcud olsa da, indi hamısı məhv edilib. Bu faktlar bizim ABŞ-ın davranışlarındakı səmimiyyətə, qərəzsiz vasitəçilər kimi çıxış etmələrinə inamımızı əhəmiyyətli dərəcədə sarsıldır. Hesab edirəm ki, ölkə başçımızın bu mesajları ABŞ və digər Qərb dövlətlərinin qərəzli davranışına tutarlı cavabdır”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR