Yanacaq və elektrik enerjisinin qiyməti aşağı salınacaq?

12:00 16-01-2024 | icon 498 | Cəmiyyət
Yanacaq və elektrik enerjisinin qiyməti aşağı salınacaq?

Fuad Əliyev: "Dövlət bu istiqamətdə güzəştlər tətbiq etməlidir"

 

“Əhali üçün yanacaq və elektrik enerjisi qiymətlərinin 2024-cü il aprelin 1-dən aşağı salınması lazımdır”.

 

Versus.Az xəbər verir ki, bu sözləri açıqlamasında Prezidentliyə namizəd Fuad Əliyev bildirib.

 

Fuad Əliyev qeyd edib ki, Azərbaycan enerji istehsal edən və dünyaya satan ölkədir:

 

“Bu gün Azərbaycan Avropa dövlətlərinə, İsrailə neft-qaz ixrac edən dövlətdir. Biz elektrik enerjisi satan ölkəyik. Əgər bir ölkə başqa dövlətlərə işıq, qaz satırsa, onun vətəndaşına yanacaq məhsulları baha satıla bilməz. Ona görə də dövlət bu istiqamətdə güzəştlər tətbiq etməli, insanların, aztəminatlı ailələrin güzəranını nəzərə almalıdır”.

 

F.Əliyevin fikrincə, qaz və işıq limiti də ləğv edilməlidir:

 

“Bu da əhali üçün ağır yükdür. Nəzərə alaq ki, qış gəlməmiş artıq çox mənzillərdə limiti keçirlər. Elə ailələr var ki, ayda 150 manat qaza, 100 manat işığa ödəniş edirlər. Belə ailələr çoxdur. İnsanlar çətinlik çəkirlər. Hesab edirəm ki, sosialyönümlü büdcəsi olan dövlətdə bu işlər görülməlidir”.

 

F.Əliyev ikinci bir məsələnin də reallaşmasını zəruri hesab edir:

 

“Azərbaycanda yaşayış minimumunun, habelə sosial müavinət və pensiyaların artırılması vacibdir. İnflyasiya göstəricilərini nəzərə alaraq minimum aylıq əməkhaqqının 500 manata qədər artırılması labüddür. Pensiya yaşının kişilər üçün 62, qadınlar üçün 59 yaş həddində müəyyən edilməsini təklif edirik.
Müəllimlərin və həkimlərin maaşlarının artırılması ilə təhsil sistemində və tibbdə korrupsiyaya qarşı ünvanlı islahatların aparılmasına ehtiyac var”.

 

AYSEL
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR