Rıbak Səbinə ilə duet oxuyacaq

09:13 13-01-2024 | icon 312 | Şou-biznes
Rıbak Səbinə ilə duet oxuyacaq

“Avroviziya 2009” beynəlxalq musiqi müsabiqəsinin qalibi, məşhur “Fairytale” mahnısı ilə bütün dünyada tanınan müğənni Aleksandr Rıbak ilk dəfə Bakıda fevralın 28- və 29-da Heydər Əliyev Sarayında solo konserti ilə çıxış edəcək.

 

Rıbakın Bakı konsertində “Avroviziya”dakı həmkarı, Azərbaycanın Əməkdar artisti Səbinə Babayevanın da çıxış edəcəyi bildirilir.

 

Konsertdə azərbaycanlı müğənnilərdən sırf Səbinə Babayevanın iştirakı hər kəs tərəfindən maraqla qarşılanıb.

 

Oxu.Az-ın əməkdaşı Əməkdar artist Səbinə Babayeva ilə danışıb.

 

 

O, təklifin təşkilatçılardan gəldiyini qeyd edib:

 

“Mən bu layihə ilə bağlı ətraflı məlumat verə bilmərəm. Yalnız təşkilatçılar bu barədə danışa bilər. Diqqətinizə görə, təşəkkür edirəm”.

 

Konsertin təşkilatçısı Mətin Nəsirli Aleksandr Rıbakın Səbinə Babayeva ilə dost münasibətində olduğunu qeyd edib:

 

“Səbinə xanım Rıbakın dostlarından biridir. Müəyyən tədbirlərdən tanışdırlar. O cəhətdən də düşündük ki, maraqlı konsepsiya yaradaq. Onların duet ifaları gözlənilir. Fərqli konsepsiya olacaq. Azərbaycandan müğənnilərdən bir tək Səbinə Babayeva səhnə alacaq. Rıbak 22 nəfərlik heyət ilə çıxış edəcək. Xüsusi şou, maraqlı musiqilər olacaq. Tamaşaçılara xoş anlar yaşadacaqlar. Konsert iki gün olacaq”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR