Namizəd olmaq istədi, amma...
Yanvarın 11-də Mərkəzi Seçki Komissiyasına Nəsimi Sadıqov adlı vətəndaşın prezidentliyə namizəd olmaq üçün ünvanladığı məktub daxil olub.
Versus.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK katibi Arifə Muxtarova deyib.
O bildirib ki, poçtdan həmin məktub MSK-ya gec çatıb:
"Qanunvericiliyə əsasən, MSK həmin şəxsin namizədliyini qeydə ala bilməz. Vətəndaş həmin məktubu yanvar ayının 1-də də təqdim etdiyini iddia edə bilərdi. Amma o məktub bizə ayın 11-i çatıb. Namizədlərin qeydə alınması müddəti isə yanvarın 8-də bitib. Yəni o məktub bizə 11-i yox, 1-də çatsaydı, biz ona baxıb geri göndərməli idik”.
MSK sədrinin müavini Rövzət Qasımov isə bildirib ki, bu sənəd 8-dən əvvəl də daxil olsaydı, vətəndaşa geri dönüş edib lazım olan sənədlər onun diqqətinə çatdırılardı.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"