MSK prezidentliyə üç namizədin vəkillərini qeydə alıb
Mərkəzi Seçki Komissiyası (MSK) Böyük Quruluş Partiyası, Milli Cəbhə Partiyası və Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədlərinin vəkil edilmiş şəxslərini qeydə alıb.
Versus.Az xəbər verir ki, məsələ barədə komissiyanın katibi Arifə Muxtarova məlumat verib.
O bildirib ki, MSK-ya təqdim edilən sənədlər araşdırılaraq müəyyən edilib ki, həmin şəxslərin qeydə alınması üçün əsaslar mövcuddur və onlar partiyaların vəkil edilmiş şəxsləri kimi qeydə alına bilərlər.
Beləliklə, Böyük Quruluş Partiyasından 17 nəfər, Milli Cəbhə Partiyasından 15 nəfər, Böyük Azərbaycan Partiyasından isə 50 nəfər vəkil edilmiş şəxs kimi qeydə alınıb.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"