Yeni il həm də yeni stil deməkdir. Belə görünür ki, hər yerdə yayılmış slavyan stilini əvəz etmək üzrə olan ciddi bir rəqibi var. Təəccüblənməyin ki, 2024-cü ildə qızlar "babaları kimi" geyinmək istəyəcəklər, bir az təsadüfi və mümkün qədər rahat.
Versus.az yerli mediaya istinadən xəbər verir ki, İnfluenserlərin dəbə gətirdiyi "Grandpa" stili bu il trend olacaq.
"Pinterest"in 2024-cü ilin trendlərinə dair proqnozları göstərib ki, ekletik (ümumi mənada bir-birinə zidd olan baxışların, dünyagörüşlərinin məcmuusu red.) baba stilinin populyarlığı bu il getdikdə artacaq. İdeya sadədir: baba kimi geyin, lakin obrazı müxtəlif üslublarda kiçik və cəsarətli detallarla vurğula! Bu cür estetikanın yaranması tamamilə təbiidir. "Barbie" moda trendi obrazın demək olar ki, tamamilə çəhrayıya bürünməsini tələb edirdi, slavyan qızlarının stili də bizi bahalı və vintaj xəz paltolar axtarmağa məcbur etdi. "Su pərisi" dəbinin gündəmə gəlməsi ilə biz parlaq və mavi-yaşıl geyimlərə ciddi şəkildə diqqət yetirməyə başladıq. Belə estetikada bir çox mürəkkəb qanunlar var ki, bu da müntəzəm alış-veriş tələb edir. Gəlin etiraf edək ki, moda eşqimiz nə qədər böyük olsa da, bir nöqtədə nəhayət istirahət etmək və şüurlu alış-verişə diqqət yetirmək istəyirsən. Və deyəsən, "baba stili" məhz bunun üçün yaradılıb.
Necə geyinməliyik?
Müxtəlif nəsil babalarının obrazlarını əsas götürməlisiniz. Onlar rahat geyinməyi xoşlayır, eyni zamanda dəbli görünürlər. Bu estetikanın qaydaları əvvəlki kimi sərt olmasa da, hələ də mövcuddur. Hər halda, qarderobunuzda bu stilə dair geyimlər tapmaqda çətinlik çəkməyəcəksiniz.
Material seçimi necə olmalıdır?
Rahatlıq və mövsümsüzlük materiallar üçün ən vacib meyarlardır. Palto, kurtka, sviter və köynək seçərkən yüksək keyfiyyətli pambıq, qalın yun və kostyum parçalarına diqqət yetirmək lazımdır. Alt üçün tvid, cins, velvet, məxmər və kobud kostyum materialları uyğun gəlir. Şəffaf teksturalardan, tordan və orqanzadan qaçmaq, eyni zamanda sintetikadan da imtina etmək lazımdır. Baba stilində digər mühüm qayda budur ki, "əsrlər boyu" istifadə edilə bilən etibarlı geyim kateqoriyasına ehtiyac duyulur. Çünki babalar cari tendensiyaları izləmirlər.
Rəng seçimi
Hər hansı tünd rəng və yumşaq açıq tonlar baba stilinin prioretləridir. Ən başlıcası, müxtəlif palitraları bir-biri ilə qarışdırmağı bacarmalısınız, tək bir diapazonda olan ümumi dəstləri unudun. Naxışlarda və aksesuarlarda zənginlik məqbuldur, lakin yenə də tipik baba paltarları çərçivəsindən kənara çıxmamalısınız. Məsələn, parlaq çəhrayı olmaz. Trikotajda printləri sınaqdan keçirə bilərsiniz, lazkin köynəklərdə yalnız dama-dama və ya zolaqlar məqbuldur.
Kanonik (cəmiyyət tərəfindən qəbul edilərək təsdiq edilmiş red.) baba obrazı yaratmaq üçün paltar və ətəklərdən, eləcə də qarderobun hər hansı dar elementlərindən imtina etməli olacaqsınız. Yeganə istisna, bədəninizə kip oturan jiletdir. Geniş cins şalvar və ya kobud boş karqo şalvarlarla belə jiletlərin birləşməsi əla alınır. Üst üçün ən rahat köynəkləri və sviterləri seçməyi məsləhət görürük. Qalın geyimlər arasında qalın bomberlər, dəri gödəkçələrə və paltolara üstünlük vermək olar. Yeri gəlmişkən, bu, obrazın yeganə hissəsidir ki, "oversize"sız keçinmək olar. Və eklektik baba tərzi idman üslublu paltarları heç sevmir, yaxası zəncirbəndli polo və sviterlər istisna olmaqla.
Ayaqqabı
"Grandpa" estetikası əsrlər boyu davam edən və heç vaxt dəbdən düşməyən rahat əşyalara əsaslanır. Aydındır ki, dikdabanlar “rahatlıq” meyarına uyğun gəlmir. Bol dekorativ ayaqqbıları da zamansız adlandırıla bilmərik. Yüksək keyfiyyətli dəridən hazırlanmış sadə loafer və çəkmələrə üstünlük verin. Heç bir futuristik element lazım deyil, sadəcə yüksək platforması olmayan retro üslublu modellərə ehtiyac var.
Aksesuar
Eklektik baba tərzi üçün aksesuarlar çox mühüm rol oynayır. Bəziləri estetikanın ümumi əhval-ruhiyyəsini qorumağa kömək edəcək. Məsələn, nazik metal çərçivəli eynəklər, rahat çantalar və papaqlar. Bəzək və zərgərlik əşyaları retro obrazları "modernləşdirməyə" imkan verir. Paltarın özü bütün üslubun meyarlarına cavab verirsə, o zaman görünüşünüzə böyük metal zərgərlik, çox rəngli muncuqlar, təkrəng bantlar və ya zərif dəri çantalar əlavə edə bilərsiniz. Yalnız bu üsluba uyğun olmayan strazlar və konfet çalarlardan imtina etmək vacibdir.