"Bunu təbliğ edən medianın arxasında Fransa maliyəsi dururdu"
Natiq Miri: “Cəmiyyəti içdən zəiflətmək prosesinin arxasında Fransa dayanırdı”
“Fransanın cəsus şəbəkəsinin Azərbaycanda ifşa olunması Fransa-Azərbaycan çərçivəsinə sığacaq məsələ deyil. Bu, Fransa diplomatik missiyasının “dost” saydıqları ölkələrdə cəsus fəaliyyəti həyata keçirdiyini ortaya qoydu. Bu, qlobal səviyyədə Fransa gerçəklərinin ifşa olunmasına yol açdı. Bir tərəfdə mədəni, demokratik və insan hüquqlarını gözləyən bir Fransa modeli ortada varkən, digər bir tərəfdə Fransanın iç üzü dünyaya ifşa olundu".
Versus.Az xəbər verir ki, bunu politoloq Natiq Miri Fransanın Azərbaycanda ifşa olunan cəsus şəbəkəsi ilə bağlı mövcud reallığa diqqət çəkərkən bildirib.
N.Miri qeyd edib ki, cəsus şəbəkəsinin ifşa olunması bir dövlət, xüsusi xidmət orqanları adına böyük fiasko idi ki, bunu Azərbaycan ortaya çıxardı. Məhz bunun nəticəsi idi ki, Fransa xüsusi xidmət orqanlarının rəhbərliyi dərhal Makron tərəfindən vəzifəsindən azad olundu.
O ki qaldı casus fəaliyyətinin hədəfinə, N.Miri hesab edir ki, bu, həmin ölkələrdə mövcud cəmiyyətin zəif yerlərini tapmaq və məhz bu zəif nöqtələrdən həmin ölkəni vurmaq, zəiflətmək xarakteri daşıyır. Onun sözlərinə görə, adətən bir sistemin zəif yerini müəyyən edəndən sonra həmin nöqtələrə yalnış informasiyalar ötürməklə həmin cəmiyyəti hər zaman təlatümə gətirmək mümükün olub.
“Bunun nəticəsidir ki, zaman-zaman qərb dünyası bəzi ölklərdə rəngli inqliblarla hakimiyyət çevrilişi həyata keçrib. Buna yol açan Fransa kimi ölkələr bunu digər ölkələri özünün müstəmləkəsinə çevirmək, geosiyasi, geoqtisadi maraqları çərçivəsində fəaliyyətini təmin etməkdən ötrü həyata keçirir”.
N.Miri eyni zamanda bildirib ki, Azərbaycan kimi ailə institutlarının möhkəm olduğu bir dövlətdə-müsəlman ölkəsində ailə sistemini dağıtmaqla cəmiyyəti sarsıtmaq niyyətləri uzun müddətdir ki, işləyib:
“Bunu Azərbaycanda müəyyən media orqanlarına qrantlar ayırmaqla həyata keçirdə biliblər. Zaman-Zaman Azərbaycanda dəyərlərimiz aşağılanırdı. Üzeyir Hacıbəyov, Rəşid Behbudov, Azərbaycanın yetişdirdiyi yazıçı və şairlər və bu xüsusda bir çox dəyərlər adiləşdirilir və cəmiyyətdə aşağılanırdı. Bunu təbliğ edən medianın arxasında Fransa maliyəsi dururdu. Post-moderinistlər müxtəlif yazılar, qəzetlər vasitəsi ilə Azərbaycan cəmiyyətini dağıdacaq, poza biləcək yazılarla çıxış edirdilər. Hansı ki, bu, Azərbaycan cəmiyyətinə yad bir davranış idi. Bu prosesin arxasında Fransa dayanırdı. Bu da Azərbaycanı zəiflətmək, bütöv sistem olaraq gücülü dövlət olmağın qarşısını almaq idi”.
TAHİRƏ
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"