“Azərbaycan ərazisində olan belə şəbəkələr zərərsizləşdirilməlidir ki...”
Əli Mustafa: "Bu şəbəkələrin fəaliyyətinin bəlli hədləri, qirmızı xəttləri var"
"Fransanın Azərbaycanda olan şəbəkəsinin fəaliyyəti təqdir oluna bilməz. Çünki Fransa Ermənistanən işğalçılıq maraqlarını müdafiə edən, erməni kuklası olan bir dövlət kimi çıxış edir. Azərbaycanda Fransanın cəsus şəbəkəsinin olması, Ermənistanın şəbəkəsinin olması deməkdir".
Versus.Az xəbər verir ki, bunu siyasi ekspert Əli Mustafa Fransanın Azərbaycanda ifşa olunan cəsus şəbəkəsi ilə bağlı açıqlamasında bildirib.
Ə.Mustafa, bütün dövlətlərin maraqlı olduqları digər ölkələrdə bu cür şəbəkələrinin mövcud olduğunu deyib:
"Bu, beynəlxalq münasibətlər sistemində otruşmuş bir məsələ olaraq açıq və gizli əlaqələrin qurulması, həmin dövlətlərin maraqlarına xidmət edən faktor kimi qeyd olunur. Ancaq bu şəbəkələrin fəaliyyətinin bəlli hədləri, qirmızı xəttləri var. Bəzən o fəaliyyət həmin xətləri keçib dövlətin təhlüksəziliyini təhdid edirsə, fəaliyyəti dayandırılır. Cəsus şəbəkəsinin aşkar olunması onu göstərir ki, bizim bu istiqamətdə görüləcək işlərimiz çoxdur. Milli dövlətin qurulmasına maneə olan hər bir yad ünsür aradan qaldırılmalı, xüsusilə bizə dost olmayan dövlətlərin kalonları yığışdırılmalıdır. Azərbaycan ərazisində olan belə şəbəkələr aşkar edib zərərsizləşdirilməlidir ki, ölkəyə zərər dəyməsin”.
LƏMAN
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"