Xərçənglə bağlı son STATİSTİKA

09:22 17-01-2024 | icon 352 | Sağlamlıq
Xərçənglə bağlı son STATİSTİKA

1990-cı ildən 2019-cu ilə qədər 50 yaşa qədər insanlarda xərçəng xəstəliyinin aşkar edilməsi hallarının sayı 79% artıb.

 

Bununla bağlı məlumatlar “BMJ Oncology” jurnalında dərc olunub.

 

Alimlər əldə edilən statistikadan narahat olduqlarını bildirir və artımı insanların həyat tərzinin dəyişməsi və yeni toksinlərin yaranması ilə əlaqələndiriblər.

 

“Qlobal miqyasda 50 yaşdan aşağı insanlarda yeni xərçəngə yoluxma hallarının aşkarlanmasında 79% artım var. Bu, əsasən Şimali Amerika, Qərbi Avropa və Avstraliyada qeydə alınır”, - deyə jurnalda qeyd edilib.

 

Eyni zamanda, hər il 19 yaşa qədər 400 minə qədər insan xərçəngə tutulur.

 

Mütəxəssislər qeyd ediblər ki, son onilliklər ərzində insanların həyat tərzi əhəmiyyətli dərəcədə dəyişib. Həmçinin xərçəng xəstəliyinin ən məşhur səbəbləri siqaret çəkmək, ultrabənövşəyi şüalanma və genetik meyillilikdir.

 

Ancaq alimlərin fikrincə, vəziyyət o qədər də birmənalı deyil. İş orasındadır ki, son illərdə onkologiyanın ilkin mərhələlərdə diaqnostikası üsulları xeyli təkmilləşib. Bununla belə, alimlər ən çox 2019-cu ildə xərçəngdən ölüm nisbətinin 1990-cı illə müqayisədə 28% çox olmasından narahatdırlar.

 

ÜST-nin məlumatına görə, 2020-ci ildə xərçəng 10 milyon insanın həyatına son qoyub. Ən çox rast gəlinən xərçəng növləri süd vəzi, ağciyər, yoğun və düz bağırsağın xərçəngi olub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

Roza Zərgərlinin 12 min manatlıq TOYU

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR