Siyasətçidən fransızlara MƏSLƏHƏT
Rauf Qurbanov: “Onlar Aleksandr Dümanın “Qafqaz səfəri” əsərini oxusunlar”
“Fransa bütün vasitələrdən istifadə edərək Ermənistanı silahlandırmaqdan tutmuş, Azərbaycanda agentura şəbəkəsi yaradaraq Azərbaycanın daxili işlərinə qarışmaqla vəziyəti əvvəlki status-kvoya qaytarmağa cəhd göstərir. Beynəlxalq aləmi Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağrışlar edən Fransanın hakim dairələri bir məsələni anlamırlar ki, Azərbaycanda xalq, ordu və hakimiyyətin birliyini sarsıtmaq onların gücü müqabilində deyil”.
Versus.Az xəbər verir ki, bunu açıqlamasında siyasi icmalçı Rauf Qurbanov Fransanın cəsus səbəkəsinin ifşa olunmasının ortaya qoyduğu reallıqlar və cəsus fəaliyyətinin məqsədlərinə diqqət çəkərkən bildirib.
R.Qurbanov Avropa və Qərbin, bütünlüklə regionda marağı olan dövlətlərin Azərbaycana qarşı qərəzli, ədalətsiz mövqeyinin hələ torpaqlarımızın işğala məruz qoyulduğu bir vaxtsa sərgilədiyi mövqelər əsnasında bir daha açığa çıxartdı. Onun fikrincə, Fransa kimi dövlətlər Azərbaycanın yeni reallıqda mövcud gücünü ötən tarixdə sərgilədikləri çabalara baxaraq dərk etməlidir:
“O zaman ki, “Dağlıq Qarabağ”ın və ona bitişik 7 rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra 1993-cü ilin aprel- noyabr aylarında BMT Təhlükəsizlik Şurası Azərbaycan torpaqlarının qeyri-şərtsiz işğaldan azad olunması ilə bağlı 4 mühüm qətnamə qəbul etdi. Bu qətnamələrin icrası ilə əlaqədar 1994-cü ilin dekabrın 6-da ATƏT-in Budapeşdə keçirilən zirvə toplantısında ATƏT-in Minsk qrupu təsis olundu və dünyanın aparıcı dövlətləri ABŞ, Fransa və Rusiya Federasiyasından ibarət 3 həmsədr dövlətlər müəyyənləşdi. Həmsədr dövlətlərin əsas vəzifələri məlum qətnamələrdən irəli gələn vəzifələri icra etməklə, problemin sülh yolu ilə çözülməsinə nail olmaq və Azərbaycan torpaqlarını erməni işğalından azad etmək idi. Lakin,çox təssüblər olsun ki, keçən 30 ilə yaxın bir dövrdə ABŞ, Fransa və Rusiya öz işlərini yalnız regiona səfərlər edib manitorinqlər təşşkil etməklə bitmiş hesab etdilər. Azərbaycan, həmsədr dövlətlərin bu problemin həllinə laqeyid yanaşmalarına nə qədər hövsələ nümayiş etdirsə də, bu vəziyyət uzun müddət davam edə bilməzdi. Azərbayacan Respublikası bütün mövcud imkanlardan istifadə edib öz əzəli torpaqlarını düşmən işğalından azad etməliydi və etdi.
27 sentyabr 2020-ci ildə tərəflər arasında alovlanan münaqişə, 44 günlük Vətən müharibəsi, Azərbaycan xalqının qələbəsi ilə nəticələndi. İşğal altında olan torpaqlarımız düşmən əsarətindən azad oldu. Ermənistan tərəfi tam kapitulyasiya olaraq, 10 noyabr 2020-ci ildə təslimçilk aktına imza atdı. Bununla da Azərbaycan ATƏT-nin Minsk qrupunun 30 il ərzində həll edə bilmədiyi bu problemi, Azərbaycan xalqının, onun silahlı qüvvələrinin və Ali Baş Komandanının ağıllı və müdrük siyasətinin birgə səyi nəticəsində həll etdi”.
Siyasi icmalçı məhz bu tarixi zəfərdən sonra ATƏT- in Minsk qrupunun həmsədrlərinin, xüsusi ilə də Fransanın iç üzü ortaya çıxdı. Fransa hökuməti Azərbaycana qarşı qərəzli mövqeyini açı şəkildə nümayiş etdirməyə başladı:
“Fransızlara məsləhət bilərdim ki, həmvətənləri Aleksandr Dümanın “Qafqaz səfəri” əsərini oxusunlar və ondan nəticə çıxararaq azərbaycanlılarla münasibəti necə qurmaq lazım olduğunu özləri üçün müəyyənlşdirsinlər”.
LƏMAN
versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"