Marsda heyvanlar da məskunlaşacaq

09:28 18-01-2024 | icon 364 | Maraqlı
Marsda heyvanlar da məskunlaşacaq

NASA yaxın onillikdə Ayda baza qurmağı planlaşdırır və bundan sonra astronavtların oradan ilk avanpost yaratmaq üçün Marsa uçacaqları gözlənilir. İnsanların yeni bir yerdə məskunlaşmasını asanlaşdırmaq üçün onlara heyvanların da daxil olduğu bütöv bir ekosistem lazımdır. Bəs onlar hansılardır?

 

Sietldəki Vaşinqton Universitetinin astrobioloqu Devid Ketlinq hesab edir ki, Ay və Marsdakı canlı ekosistemlər hələ də elmi fantastika sferasındadır və elmi tədqiqat obyekti deyillər. Buna baxmayaraq, Ay və Mars bazalarında ilk olaraq hansı heyvanların məskunlaşacağına dair fərziyyələr var.

 

“Ev heyvanları üçün ən böyük problem cazibə qüvvəsi olacaq”, - deyə NASA planetoloqu Kristofer Makkay deyib. Ayda cazibə Yerin 1/6, Marsda isə 1/3-ə bərabərdir. Beləliklə, aşağı çəki əzələlərin və sümüklərin böyüməsinə mənfi təsir göstərə bilər və buna görə də heyvanlar normal şəkildə dayana və yeriyə bilməyəcəklər.

 

Bunu nəzərə alsaq, Mars və ya Ayı məskunlaşdırmaq üçün ən uyğunları kiçik heyvanlardır. Məsələn, siçanlar, dərin dənizin sakinləri (xərçəngkimilər və balıqlar), həmçinin həşəratları bura daxil etmək olar. 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...