Əhali arasında yayılan xəstəlik nədir?

17:10 18-01-2024 | icon 425 | Sağlamlıq
Əhali arasında yayılan xəstəlik nədir?

Hər il olduğu kimi, payız-qış mövsümündə havaların soyuması ilə əlaqədar tənəffüs yolu infeksiyalarında artım müşahidə edilir.

 

Bu barədə Versus.az-a TƏBİB-dən məlumat verilib.

 

Qeyd edilib ki, son günlərdə insanlar arasında boğaz qıcıqlanması, boğaz ağrısı, yüksək olmayan temperatur, oynaqlarda ağrı, burun tutulması simptomları ilə müşayiət olunan tənəffüs yolu infeksiyalarından şikayətlər artıb.

 

"Hətta bəzi xəstələrdə iybilmə, dadbilmə duyğusunun itirilməsi də müşahidə olunur. Xəstələr bunun COVID-19 virusunun yeni variantlarından biri olduğunu düşünərək təşviş keçirirlər, lakin buna heç bir əsas yoxdur. Tənəffüs yolu infeksiyalarının (qrip, kəskin respirator xəstəliklər və s.) bəzilərində iybilmə və dadbilmə duyğusunun itirilməsi şikayətləri müşahidə edilə bilər. Mövsümlə əlaqədar sadaladığımız şikayətlərlə həkimə müraciət sayında artım olması hər zamankı kimi, gözləniləndir. Payız-qış fəsli daxil olandan bəri, TƏBİB respirator infeksiyaların artacağı ilə bağlı dəfələrlə əhaliyə çağırışlar edib, respirator gigiyena qaydalarına əməl etmələri tövsiyə olunub, qrip vaksinlərinin tətbiqi həyata keçirilib və keçirilməkdə davam edir", - deyə əlavə edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR