Bakıda qeyri-adi hadisə

09:23 19-01-2024 | icon 300 | Hadisə
Bakıda qeyri-adi hadisə

Piyadanı vuran sürücü polisdən qaçarkən xəstəxanalıq oldu

 

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı görünməmiş olay yaşanıb.

 

APA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

 

2004-cü il təvəllüdlü Nigar Niyazi qızı Bəylərovanı Rahim Əliağa oğlu Rəhimovun idarə etdiyi “Toyota Prius” markalı avtomobil vurub.

 

Hadisə şahidləri dərhal polisə və təcili yardıma müraciət edib.

 

Yaralı xəstəxanaya çatdırılıb.

 

Hadisə yerinə gələn Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları sürücü R.Rəhimovun izahatını almaq istəyərkən o, qaçmağa çalışıb.

 

R.Rəhimov qaçarkən yıxılıb. O, çənə və burun sümüyünü sınığı diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

 

Məlum olub ki, sürücü sərxoş olduğu üçün törətdiyi hadisəyə görə izahat verməkdən boyun qaçırıb.

 

Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq