Baş nazirdən QƏRAR

12:43 19-01-2024 | icon 431 | İdman
Baş nazirdən QƏRAR

Bəzi idmançı və məşqçilərə xüsusi təqaüd veriləcək

 

Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanmış idmançılara və onların məşqçilərinə xüsusi təqaüd verilməsi qaydalarına dəyişiklik edilib.

 

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

 

Qərara əsasən, Paralimpiya Oyunlarında iştirak etmək hüququ qazanmış idmançılara və onların məşqçilərinə xüsusi təqaüd veriləcək.

 

Təqaüd Olimpiya və Paralimpiya Oyunlarında iştirak etmək hüququ qazanmış idmançılara, onların məşqçilərinə, milli yığma komandanın baş məşqçisinə və məşqçilərinə yalnız nağdsız qaydada ödəniləcək.

 

Olimpiya Oyunları üzrə: hər ay hər bir idmançıya minimum əməkhaqqının 2 misli məbləğində, onun məşqçisinə, milli yığma komandanın baş məşqçisinə minimum əməkhaqqının 1,5 misli məbləğində təqaüd ödəniləcək. İndiyə qədər hər ay hər bir idmançıya 200 manat, onun məşqçisinə 160 manat, baş məşqçi və komandanın məşqçisinin hər birinə 100 manat məbləğində təqaüd ödənilirdi.

 

Paralimpiya Oyunları üzrə: hər ay hər bir idmançıya minimum əməkhaqqının 1 misli məbləğində, onun məşqçisinə, milli yığma komandanın baş məşqçisinə minimum əməkhaqqının 0,5 misli məbləğində təqaüd ödəniləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

Roza Zərgərlinin 12 min manatlıq TOYU

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR